Tarix müəllimi necə meyxanaçı oldu? — Rüfət Nasosnu özü haqqında DANIŞDI
09 Mart 2026, 17:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
781
17.02.2026, 23:36
Azərbaycan 2026-cı ildə turizm sektorunun beynəlxalq tanıtımını gücləndirmək məqsədilə genişmiqyaslı marketinq kampaniyalarına start verəcək.
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyindən Oxu24.com-un suallarına cavab verilib.
-2026-cı il üçün planlaşdırılan beynəlxalq marketinq kampaniyalarının əsas məqsədləri nələrdir?
2026-cı il üçün planlaşdırılan beynəlxalq marketinq kampaniyaları Azərbaycan Turizm Bürosunun “2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası”na uyğun şəkildə müəyyənləşdirilib. Strategiya mədəniyyət turizmi, sağlamlıqturizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlər turizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmət edir.
Beynəlxalq turizm marketinq fəaliyyəti müxtəlif hədəf bazarlar üzrə prioritetlərə uyğun olaraq onlayn, oflayn (beynəlxalq turizm sərgilərində iştirak, B2B və B2C görüşlər, seminarlar, təqdimatlar, xarici media və sənaye nümayəndələri üçün tanışlıq səfərləri) və media-kommunikasiya kanallarının inteqrasiyalı istifadəsini ehtiva edir. Məqsəd ilkin mərhələdə Azərbaycan haqqında rəqabət qabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlılığı artırmaq, növbəti mərhələdə Azərbaycanı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir.
Beynəlxalq turizm marketinq kampaniyaları planlaşdırılarkən qlobal turizm trendləri, regional dəyişikliklər, turistlərin səyahət davranışındakı transformasiyalar əsas götürülür.
-Bu kampaniyalar əvvəlki illərin turizm tanıtım strategiyalarından nə ilə fərqlənəcək?
-2026-cı il üzrə beynəlxalq turizm marketinq kampaniyaları daha çox bazarı və auditoriyanı əhatə etməyi hədəfləyir. Rəqəmsal fəaliyyətin artırılması, xüsusilə sosial media platformalarında tanıtım və təşviqat fəaliyyətlərinin hədəf bazarlara uyğun təsnifləşdirilməsi prioritetlər sırasındadır.
Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlki illərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı, rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşma tətbiq edilməsi hədəflənir.
-Hansı ölkələr və regionlar əsas hədəf bazar kimi seçilib?
-Hədəf bazarlar əlçatanlıq, səyahət tendensiyaları, mövcud turist axını, eləcə də Azərbaycana olan maraq səviyyəsi kimi amillər nəzərə alınmaqla müəyyənləşdirilir.
Ənənəvi olaraq qonşu ölkələrlə yanaşı, bazarların diversifikasiyası fəaliyyəti çərçivəsində əsas hədəf bazarlar sırasında Cənubi Asiya və Körfəz ölkələri, eləcə də Çin və İsrail yer alır. Bu bazarlar həm mövcud turist axını, həm də artım potensialı baxımından, eləcə də səyahət xərcləmələri baxımından Azərbaycanın gəlmə turizmi üçün əhəmiyyətli töhfə verir.
-Azərbaycanın turizm potensialının tanıdılmasında süni intellekt və data əsaslı marketinqdən istifadə planlaşdırılırmı?
-Azərbaycanın turizm potensialının tanıdılmasında süni intellekt və data əsaslı marketinq alətlərindən istifadə qlobal turizm trendlərinə uyğunlaşmaq və tanıtım fəaliyyətlərini daha effektiv qurmaq məqsədi daşıyır.
Süni intellekt texnologiyalarının tətbiqi ilk növbədə Azerbaijan.travel platformasının rəqəmsal imkanlarının genişləndirilməsinə yönəlib. Bu çərçivədə portalın xidmət keyfiyyətinin artırılması, məlumatların daha strukturlaşdırılmışvə əlçatan formada təqdim olunması, səyahət planlarının hazırlanması kimi istifadəçi təcrübəsinin fərdiləşdirilməsi istiqamətəri təkmilləşdirilir. Məqsəd ziyarətçilərin turizm məhsulları, marşrutlar və təcrübələr barədə məlumatlara daha sürətli və rahat çıxışını təmin etməkdir. Eləcə də rəqəmsal marketinq kampaniyalarında data əsaslı marketinq təhlillərindən geniş istifadə olunur.
Nəticə etibarilə süni intellekt və data əsaslı marketinq alətləri tanıtım kampaniyalarının daha dəqiq hədəflənməsinə, resursların daha səmərəli istifadəsinə və Azərbaycanın turizm brendininqlobal miqyasda daha effektiv təşviqinə mühüm töhfə verir.

-Turist sayından əlavə, hansı keyfiyyət göstəriciləri əsas götürüləcək?
-Turizmin uğuru yalnız ölkəyə gələn ziyarətçilərin ümumi sayı ilə ölçülməməlidir. Bu sahədə əsas keyfiyyət göstəriciləri kimi turistlərin ölkədə qalma müddəti, səfər müddətində xərcləmələr, səyahət məqsədləri və ümumi təcrübə məmnuniyyəti də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan turizm siyasətində həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri paralel şəkildə əsas prioritet kimi nəzərə alınır.
Xüsusilə, turist xərcləmələrinin artması daha dayanıqlı və yüksək dəyər yaradan turizm modelinə keçidin göstəricisi kimi qiymətləndirilir. Bu yanaşma çərçivəsində məqsəd yalnız turist axınının kəmiyyət baxımından artırılması deyil, həm də yerli iqtisadiyyata daha çox töhfə verən, müxtəlif turizm məhsullarından istifadə edən və daha uzun müddət ölkədə qalan ziyarətçilərin cəlb olunmasıdır.
Mövzu ilə bağlı fərqli bir rakursdan yanaşan digər turizm eksperti Rəhman Quliyev də Azərbaycanın turizmdə son on ildəki sıçrayışını xüsusi vurğulayıb:
“Son on ildə Azərbaycan turizmdə böyük sıçrayışla irəliləyir. Təbii ki, burada pandemiya dövrünü istisna etsək, digər illərdə Azərbaycanda turizm inkişaf edib. Bu da müəyyən səbəblərdən, yəni dünyada baş verən geosiyasi vəziyyətlə əlaqədar olaraq müəyyən dəyişikliklər - enmələr, azalmalar və yaxud da nisbətən artım müşahidə olunub. Bu artım bizim son illərdə gözlədiyimiz səviyyədə olmasa da, növbəti illərdə biz bunun daha da irəliyə getməsinin şahidi olacağıq.
Həmçinin oxuyun
Çünki, Azərbaycana önəmli olan Rusiya kimi böyük bazar, Ukrayna kimi böyük bazar və vaxtında İrandan Azərbaycana gələn kütləvi turistlər artıq bilirsiniz, yəni o dövlətlərdə baş verən siyasi böhranlar və müharibələr Azərbaycana gələn turist sayında azalmasına səbəb olur.
Bu gün biz nəzərə alsaq ki, Azərbaycanda müəyyən qədər yerləşmə sayında irəliləyiş var - həm bölgələrimizdə, həm paytaxtımızda. Və xidmət səviyyəsi də hər il artır. Bu onu göstərir ki, artıq biz turizmdə təcrübə toplamışıq. Azərbaycan turizmi yenidir.
Vurğuladığım kimi, Azərbaycan turizmi son on ildə daha çox inkişaf edib. On illik bir təcrübəyə malikik. Buna baxmayaraq, biz turizmdə böyük nailiyyətlər əldə etmişik.
Artıq bu onu göstərir ki, yaxın gələcəkdə yeni bir marketinqə, reklama böyük ehtiyac var ki, bu da növbəti illərdən xaricdən Azərbaycana turist gətirmək üçün, reklam üçün böyük imkanlar yaradılır. Və burada xarici, aparıcı turizm şirkətləri, eyni zamanda xarici turizm bloqerləri, otel nümayəndələri və digər aidiyyatı üzrə bu sferaya yaxın insanları, media qrupunu Azərbaycana gəlmək üçün Dövlət Turizm Agentliyi tender elan eləyib.
Hesab edirəm ki, bu Azərbaycanın tanıtımı üçün böyük bir üstünlükdür, böyük bir avantajdır. Ümumi olaraq bu gün müasir texnologiyalardan istifadə edib Azərbaycanı daha da xarici ölkələrdə reklamını genişləndirmək üçün mümkün imkanlar var.
Dövrün tələbatına uyğun olaraq bu təkmilləşdirmə metodlarından, süni intellektlərdən və digər kompüter imkanlarından istifadə edib, reklama daha böyük üstünlüklər veriləcək. Bu da öz növbəsində, Azərbaycanda turizmin inkişafına, Azərbaycana gələn turizmə böyük bir dəstək verəcək. Bu gün qaçılmazdır ki, Azərbaycan böyük dövlətlərlə çox iri layihələr həyata keçirir, qarşılıqlı müqavilələr, memorandumlar, qarşılıqlı digər həm diplomatik, həm iqtisadi əlaqələr, eyni zamanda turizm əlaqələri də yaratdığımız ölkələrin sayı gün-gündən artır və qarşılıqlı vizaların ləğvi də bu işə böyük dəstək olacaq. Yəni Azərbaycana gələn turizmə böyük bir dəstək olacaq.
Bilirsiniz, ümumi olaraq, yəni qarşılıqlı viza probleminin, viza rejiminin ləğvi məsələsi, son dövrlərdə böyük Çin dövləti ilə, Doha, Malayziya, Tayland və eyni zamanda Mərakeş, Dubay - bu istiqamətdə yəni Azərbaycana gələn turistlər vizasız şəkildə və rahat ASAN xidmət, ASAN vizadan istifadə etməklə rahat şəkildə Azərbaycana gəlib-getmələrinə böyük imkanlar yaradılır.
Ümumi olaraq, turizm elə bir sahədir ki, həssas bir sahədir. Burada hətta, qonşu ölkələrdə baş verən geosiyasi vəziyyət, qalmaqallar, siyasi problemlər, müharibələr istər-istəməz bizə də təsirini göstərir. Çünki, bu gün Asiya ölkələrindən Azərbaycana gələn təyyarələrin böyük əksəriyyəti İran üzərindən, İran səmalarından istifadə edərək Azərbaycana gəlir. Bu da təbii ki, təyyarələrin bir hissəsi İran üzərindən yan keçməklə uçur, bəziləri birbaşa uçsa da, vətəndaşlar buna ehtiyat edirlər.
Yəni bu faktorlar da ümumi olaraq, Azərbaycana gələn turistlərin sayına mənfi təsir göstərə bilər. Amma hesab edirəm ki, yaxın gələcəkdə bütün dünyada bu siyasi müharibələr, siyasi ixtişaşlar sona çatacaq, Ukrayna-Rusiya müharibəsi də bitəcək.
Bütün dünyada bu siyasi qalmaqallar, müharibələr, siyasi intriqalar bitdikdən sonra biz pandemiyadan əvvəlki bu artım tempini bərpa edəcəyik. Və Azərbaycan bu gün ən əsas olan siyasi sabitçilik, yəni ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda olan əmin-amanlıq, siyasi sabitlik də əsas verir ki, Azərbaycana turist axını gəlsin. Ölkə rəhbərliyinin beynəlxalq görüşlərdə iştirakı, Azərbaycanın və ölkə rəhbərliyinin, Cənab Prezidentin dünya mediasında olan artan nüfuzu və dünya mediasının cənab prezidentin gördüyü işlərin, yəni işıqlandırılması da Azərbaycana böyük maraq göstərir. Bu belə də olmalıdır. Çünki, biz artıq sülh şəraitində yaşayırıq, qonşu ölkələrlə demək olar ki, post-münaqişə dövrünü yaşayırıq. Artıq bu müharibə demək olar ki, tarixə qovuşub. Artıq Azərbaycan heç bir dövlətlə münaqişəyə girmək üçün belə bir imkanlar və yaxud da ümumiyyətlə, görüntüdə yoxdur”,-deyə müsahib bildirib.
Çimnaz Telmanqızı
23:18 / 09 Mart 2026
1
23:15 / 09 Mart 2026
12
23:13 / 09 Mart 2026
16
23:07 / 09 Mart 2026
19
23:02 / 09 Mart 2026
115
22:59 / 09 Mart 2026
24
22:55 / 09 Mart 2026
23
22:43 / 09 Mart 2026
319
22:34 / 09 Mart 2026
30
22:32 / 09 Mart 2026
29
22:21 / 09 Mart 2026
46
22:17 / 09 Mart 2026
42
22:06 / 09 Mart 2026
736
21:57 / 09 Mart 2026
47
21:53 / 09 Mart 2026
59
21:51 / 09 Mart 2026
142
21:46 / 09 Mart 2026
46
21:44 / 09 Mart 2026
188
21:35 / 09 Mart 2026
57
21:26 / 09 Mart 2026
64
21:19 / 09 Mart 2026
45
21:14 / 09 Mart 2026
203
21:04 / 09 Mart 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.