Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi
27 İyul 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
950
17.02.2026, 22:01
Son illər bank kreditləri ilə bağlı məhkəmə və icra məsələləri vətəndaşları ən çox narahat edən hüquqi mövzulardan biridir. Xüsusilə də maaşın yarısının tutulması ilə bağlı suallar tez-tez səsləndirilir: “Doğrudanmı bank maaşımın 50 faizini tuta bilər?”
Oxu24.com xəbər verir ki,əgər bank borcu ilə bağlı məhkəmə qərarı çıxarılıb və iş icra mərhələsinə yönləndirilibsə, icra məmuru həmin qətnamənin icrası üçün qanunla nəzərdə tutulmuş tədbirləri görür. Bu tədbirlərə əmlakın və gəlirlərin müəyyən edilməsi daxildir. Şəxsin rəsmi əmək haqqısı və ya pensiyası varsa, icra məmuru qanunvericiliyə əsasən həmin gəlirin maksimum 50 faizinə qədər tutulma tətbiq edə bilər.
Burada vacib məqam budur: 50 faiz maksimum həddir, yəni hər halda məhz 50 faiz tutulmalıdır demək deyil.
Əgər borclunun əlavə kredit öhdəlikləri, aliment ödənişləri və ya digər mühüm xərcləri varsa və bu hallar sənədlərlə təsdiqlənərsə, icra məmuru daha aşağı faiz tətbiq edə bilər. Bunun üçün vətəndaşın rəsmi müraciəti vacibdir.
Digər mühüm məsələ isə maaş kartının borclu olduğunuz banka aid olmasıdır.
Bəzi hallarda bank kredit müqaviləsinə əsaslanaraq kartı bloklayır və karta daxil olan bütün vəsaiti borca yönəldir. Lakin nəzərə almaq lazımdır ki, borcun məcburi tutulması üçün əsas hüquqi sənəd məhkəmə qətnaməsidir. Qətnamə olmadan bütün vəsaitin tutulması qanunauyğun hesab edilmir.
Bəli, bəzi kredit müqavilələrində banka geniş səlahiyyətlər verən şərtlər nəzərdə tutulur. Məhz buna görə də kredit müqaviləsini imzalayarkən bütün maddələrlə diqqətlə tanış olmaq son dərəcə vacibdir. Əks halda, sonradan ciddi maliyyə və hüquqi problemlər yarana bilər.
Unutmayın: hüquqlarınızı bilmək və vaxtında müraciət etmək sizi daha ağır nəticələrdən qoruya bilər.
Hazırladı: Şahbaz
12:45 / 27 İyul 2026
1
12:45 / 27 İyul 2026
4
12:38 / 27 İyul 2026
22
12:30 / 27 İyul 2026
38
12:29 / 27 İyul 2026
38
12:25 / 27 İyul 2026
40
12:21 / 27 İyul 2026
40
12:15 / 27 İyul 2026
49
11:55 / 27 İyul 2026
59
11:52 / 27 İyul 2026
59
11:35 / 27 İyul 2026
55
11:35 / 27 İyul 2026
73
11:14 / 27 İyul 2026
69
11:10 / 27 İyul 2026
63
11:06 / 27 İyul 2026
57
10:52 / 27 İyul 2026
71
10:43 / 27 İyul 2026
66
10:37 / 27 İyul 2026
64
10:28 / 27 İyul 2026
86
10:14 / 27 İyul 2026
80
09:55 / 27 İyul 2026
79
09:44 / 27 İyul 2026
74
09:23 / 27 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.