Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovdan maraqlı cavab
20 Aprel 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
728
17.02.2026, 22:39
Ramazan ayının gəlişi ilə birlikdə orucluq mövzusu yenidən gündəmə gəlir. Bir çox insan bu ibadəti yerinə yetirməyə hazırlaşır, bəziləri isə sağlamlıq və ya digər səbəblərlə bağlı tərəddüd yaşayır. İslam dinində oruc mühüm ibadətlərdən biri olsa da, bu vacib əməl hər kəsə eyni şəkildə şamil edilmir. Din insanın sağlamlığını və həyatını əsas götürdüyü üçün müəyyən hallarda oruc tutmağa icazə verilmir və ya təxirə salınır.
Oxu24.com xəbər verir ki, bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib. O deyib ki, tək ayların sultanı artıq gəlmək ərəfəsindədir:
“Xoş gəlir – bu, rəhmət ayıdır, bərəkət ayıdır, Qurani-Kərimin baharıdır. Bu aya hazırlaşanlar, bu ibadəti yerinə yetirməyə çalışanlar olduğu kimi, tərəddüd və bəhanələr arxasında gizlənməyə çalışanlar da var. Hər halda, biz müsəlmanıq. Bizim Allaha bağlılığımız var, axirətə inanırıq və qiyamət günündə İlahi mizanda hesab verəcəyimizə etibar edirik. Odur ki, ibadətlər Allahın haqqıdır. Oruc tutmaq da Rəbbimizin əmrlərindən biridir. Lakin istisna hallar da mövcuddur. Qurani-Kərim-də, xüsusilə Bəqərə surəsinin 183-cü ayəsində bu məsələyə toxunulur. Orada xüsusilə səfərdə olanlar və xəstələr barədə danışılır. Ramazan ayında oruc tuta bilməyən xəstələr sağaldıqdan sonra tutmadıqları günləri qəza edərlər. Səfərdə olanlar da səfər müddətində tutmadıqları orucları geri döndükdən sonra həmin günlərin sayı qədər qəza edərlər. Elə insanlar da var ki, ciddi və xroniki xəstəliklərə düçar olublar və ümumiyyətlə oruc tutmaq imkanları yoxdur. Maddi imkanları yaxşı olsa da, sağlamlıqları buna yol vermir”.
Həmçinin oxuyun
İlahiyyatçı bildirib ki, belə şəxslər oruc əvəzinə fidyə verirlər:
“Fidyə fitrə sədəqəsi miqdarında olur, lakin aralarında fərq var. Fitrə Ramazanın sonunda verilir. Fidyə isə oruc tuta bilməyən şəxs tərəfindən hər gün üçün verilir. Yəni tuta bilmədiyi hər günün əvəzində bir nəfəri səhər və axşam yeməyi ilə doyurmaq şərti ilə fidyə verilir. İkinci qrup istisna olunanlar hamilə qadınlar və süd verən analardır. Əgər onların oruc tutması bətnindəki uşağa və ya əmizdirdiyi körpəyə zərər verərsə, yaxud südün kəsilməsinə səbəb olarsa, bu təhlükəni aradan qaldırmaq üçün oruc tutmaya bilərlər. Əks halda, yəni heç bir təhlükə yoxdursa, oruclarını tutmalıdırlar və bunu problemə çevirməməlidirlər”.
12:20 / 20 Aprel 2026
1
12:17 / 20 Aprel 2026
11
12:12 / 20 Aprel 2026
14
12:08 / 20 Aprel 2026
21
12:06 / 20 Aprel 2026
25
12:04 / 20 Aprel 2026
27
11:52 / 20 Aprel 2026
70
11:48 / 20 Aprel 2026
34
11:45 / 20 Aprel 2026
33
11:42 / 20 Aprel 2026
31
11:39 / 20 Aprel 2026
34
11:34 / 20 Aprel 2026
224
11:23 / 20 Aprel 2026
32
11:17 / 20 Aprel 2026
481
11:14 / 20 Aprel 2026
37
11:04 / 20 Aprel 2026
82
11:02 / 20 Aprel 2026
43
10:59 / 20 Aprel 2026
170
10:49 / 20 Aprel 2026
36
10:25 / 20 Aprel 2026
295
10:18 / 20 Aprel 2026
600
10:12 / 20 Aprel 2026
49
09:56 / 20 Aprel 2026
49
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.