Ukraynaya 35 milyard dollarlıq hərbi yardım vəd edildi
12 Fevral 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
66
12.02.2026, 20:37
İrlandiya hökuməti ölkədəki sənətçilərə işlərini dəstəkləmək üçün həftədə 325 avro ödəməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, "İncəsənət üçün Əsas Gəlir" (BIA) adlanan proqramın dünyada öz növündə ilk olduğu bildirilir. Mədəniyyət naziri Patrik O'Donovan bildirib ki, proqram İrlandiyanı sənətçilərə dəstək siyasətində qlobal lider kimi təqdim edir. May ayında başlayacaq müraciətlərdən sonra təxminən 2000 sənətçi seçiləcək və üç il ərzində müntəzəm maaş alacaq.
Proqram Covid-19 pandemiyası dövründə incəsənət və mədəniyyət sektorunun bərpasına töhfə vermək üçün 2022-ci ildə başladılan pilot layihəni daimi hala gətirməklə həyata keçirilir. (Mənbə - BBC)
Layihə hazırda pilot mərhələsindədir.
O'Donovan pilot proqrama qoyulan hər avronun öz bəhrəsini verdiyini və sənətçilərə işlərinə daha çox vaxt ayırmağa və həyat səviyyələrini yaxşılaşdırmağa imkan verdiyini qeyd edib.
Nazir layihənin daimi hala gətirildikdən sonra seçilmiş sənətçilər üçün əhəmiyyətli bir dönüş nöqtəsi" olduğunu və müğənnilərə sənət sahəsində karyeralarını və fəaliyyətlərini davam etdirməyə imkan verdiyini vurğulayıb.
Həmçinin oxuyun
Nazir pilot proqramın iştirakçılara müsbət təsir göstərdiyini, eyni zamanda sektorda geniş yayılmış gəlir qeyri-sabitliyini aşkar etdiyini qeyd edərək müraciətlərin qəbul edilməsinə çağırıb.
Bəs sistem necə işləyəcək?
İrlandiya Mədəniyyət Nazirliyi proqrama qəbul ediləcək 2000 nəfərin bütün namizədlər üçün bərabər imkanlar təmin etmək üçün püşkatma yolu ilə seçiləcəyini açıqladyıb. Ərizə prosesinə dair ətraflı təlimat aprel ayında dərc olunacaq.
Tələblərə müraciət zamanı İrlandiyada yaşamaq, yaradıcılığa malik peşəkar sənətkar olmaq və əsasən işlərini İrlandiyada aparmaq daxildir.
Nazirlik çox sayda müraciət gözlədiklərini və bütün uyğun namizədlərin dəstəklənməyəcəyini bildirib və əlavə edib ki, 2026-cı ildə seçilməyənlər 2029-cu ildə növbəti proqrama müraciət edə bilərlər.sfera.az
23:56 / 12 Fevral 2026
1
23:51 / 12 Fevral 2026
19
23:49 / 12 Fevral 2026
14
23:45 / 12 Fevral 2026
16
23:39 / 12 Fevral 2026
18
23:35 / 12 Fevral 2026
20
23:21 / 12 Fevral 2026
62
23:18 / 12 Fevral 2026
29
23:11 / 12 Fevral 2026
33
22:59 / 12 Fevral 2026
44
22:53 / 12 Fevral 2026
33
22:38 / 12 Fevral 2026
57
22:36 / 12 Fevral 2026
51
22:32 / 12 Fevral 2026
49
22:29 / 12 Fevral 2026
78
22:24 / 12 Fevral 2026
59
22:22 / 12 Fevral 2026
587
22:06 / 12 Fevral 2026
150
22:03 / 12 Fevral 2026
61
21:52 / 12 Fevral 2026
49
21:46 / 12 Fevral 2026
875
21:37 / 12 Fevral 2026
66
21:35 / 12 Fevral 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.