Qaynar xətt:

(+99450) 247 90 86

Bu avtobuslara kişilər minə bilməz! 

news/2026_02_10/fm_1770750988.jpg

DÜNYA

149

10.02.2026, 23:23

Cənubi Koreyada qadınların gecə saatlarında təhlükəsizliyini artırmaq məqsədilə yeni nəqliyyat təşəbbüsü həyata keçirilib. Bir sıra şəhərlərdə yalnız qadınlar üçün nəzərdə tutulan gecə avtobus marşrutları istifadəyə verilib. 

 Oxu24.com xəbər verirki, bu avtobuslar adi ictimai nəqliyyatın fəaliyyətini dayandırmasından sonra işləyir və əsasən gecə növbəsində işləyən, dərsdən və ya işdən gec qayıdan qadınlara xidmət göstərir.

Yeni marşrutlar təhlükəsizlik baxımından xüsusi texniki avadanlıqlarla təchiz olunub. Avtobusların salonunda videomüşahidə kameraları, fövqəladə hallar üçün həyəcan düymələri quraşdırılıb. Bundan əlavə, bəzi marşrutlarda çalışan personalın xüsusi təlim keçdiyi və sərnişinlərin təhlükəsizliyi ilə yanaşı, psixoloji rahatlığını da təmin etməyə hazır olduğu bildirilir.

Layihənin əsas məqsədi qadınların gecə saatlarında ictimai nəqliyyatdan istifadə zamanı üzləşə biləcəyi riskləri azaltmaq, onların özlərini daha güvənli hiss etməsini təmin etməkdir.