Türkiyədə təyyarə qəzaya düşdü - yaralılar var - FOTO
01 Avqust 2025, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86“Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
DÜNYA
405
09.05.2025, 23:14
Məşhur “Rolling Stone” jurnalı Azərbaycanı bu il “Avroviziya 2025” musiqi yarışında təmsil edən “Mamagama” qrupundan yazıb.
Oxu24.com APA-ya istinadən həmin məqaləni təqdim edir:
“Hər ilin mayında keçirilən “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən möhtəşəm və baxımlı müsabiqəsi, eləcə də, dünyanın müxtəlif kontinentlərində milyonlarla izləyicisi olan ən baxımlı musiqi yarışması sayıla bilər. Bu yarışma həm də musiqidən daha çox özünün ekstavaqantlığı ilə məşhur olsa da daxilində geosiyasi üstünlük də yox deyil.
Məsələn, 2016-cı ildə Ukrayna təmsilçisi olan Сamala 1944-cü ildə, Stalinin hakimiyyəti dövründə təqiblərə məruz qalan Krım tatarlarının xatirəsinə, eləcə də Krımın Rusiya tərəfindən işğalına həsr olunmuş səhnə performansı ilə qələbə qazana bilmişdi. 2022-ci ildə isə Rusiyanın Ukraynaya genişmiqyaslı aqressiyası başladı bir neçə ay sonra Avropa bu faktı tənqid etməyə başlamışdı və o zaman da Ukrayna qələbə qazandı. “Avroviziya”da geosiyasət və böyük güclər zaman-zaman əl-ələ verib. Bu il də o baxımdan istisna deyil.
Azərbaycanı builki yarışmada müsəlman bir ölkədə yəhudi əsilli solistin yer aldığı “Mamagama” qrupu təmsil edəcək. Gərgin geosiyasi vəziyyətdə bu seçim özlüyündə bir çağırış hesab oluna bilər. Regional problemlərin olduğu bir vaxtda, qrup tolerantılıq çağırışları etməyi düşünür. Buna isə bütün dünyanın ehtiyacı var.
Qrupun hər bir üzvü müxtəlif etnik qruplara aiddir. Solist Asəf Mişiyev yəhudi, gitara ifaçısı Həsən Heydər və baraban ifaçısı Arif İmanov isə Livan-Rus əsilli etnik azərbaycanlılardır. Əhalisinin 95 faizinin müsəlman olduğu bir ölkə olan Azərbaycan dini və etnik baxımından hər hansı gərginlik demək olar ki, mövcud deyil. “Mamagama” qrupunun üzvləri deyir ki, onlar Azərbaycanın paytaxtı Bakının miniatür modelini simvolizə edir: “Burada tam bir dözümlülük hökm sürür, - 32 yaşlı Asəf Mişiyev belə deyir, - yəhudilərə xas olan bayramlar da müsəlmanların bayramları ilə eyni dərəcədə qeyd edilir deyə biz bir-birimizi təbrik edirik”.
Belə bir vaxtda müsəlman bir xalqı təmsil etmək üçün “Avroviziya” müsabiqəsinə yəhudi əsilli bir ifaçını göndərən ikinci bir dövlət təsəvvür etmək mümkün deyil. Lakin Azərbaycan yəhudi irsi ilə qürur duyur. Burada həm də dünyanın daim mövcud olan ən qədim yəhudi icmalarından biri məskunlaşıb. Bu icma təkcə özünün uzunömürlü olmasına görə deyil, həm də müsəlmanların çox olduğu bir dövlətdə yaşaya bilməsinə görə də tanınır.
Dağ yəhudiləri ehtimal edildiyi kimi vaxtilə qədim farsdilli yəhudilərdən törəmə etnik qrupdur. Onlar indiki İran ərazisindən təqiblər nəticəsində qaçaraq, eramızın V əsrində müasir Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıblar. Asəf Mişiyev Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlsə də, ailəsi öz yəhudi-fars adətlərinə sadiq olan, dialektlərini və milli geyimlərini qoruyan, tarixən müsəlman qonşuları ilə sülh şəraitində yaşayan yəhudi icmasına mənsubdur.
Azərbaycanın “Avroviziya” müsabiqəsinə məhz yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır. Ötən ilki müsabiqə ziddiyyətlərlə dolu idi, çünki həm rəqiblər, həm də etiraz edən kütlə İsrail təmsilçisi İden Qolanın Qəzzadakı hərbi əməliyyatlar səbəbindən müsabiqədən kənarlaşdırılmasını tələb edirdi.
Həmçinin oxuyun
Azərbaycanı təmsil edən ifaçılar Fəxri və İlkin Dövlətovlar bu cür mübahisələrə qoşulmadıqları üçün çox şanslı idilər. Çox güman ki, onlar bunu siyasətdən kənar qalmaq və ölkəsinin İsraillə isti münasibətlərini vurğulamaq üçün ediblər. Lakin A. Mişiyev yəhudi dövlətinə olan rəğbətini gizlətmir:
“Mən ivrit dilinə danışa bilirəm. Burada yəhudi məktəbində təhsil almışam. Burada iki yəhudi məktəbi yerləşir. Bizim İsraillə münasibətlərimiz çox möhkəmdir. Mən təkcə fəxr etdiyim ölkəm olan Azərbaycanı yox, həm də yəhudi xalqını təmsil etməkdən və valideynlərimin də yəhudi olmasından qürur duyuram”.
Bu iki dövlət üç onillik boyunca bir-biri ilə sıx münasibətlər qurub. 1992-ildə İsrail SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanla diplomatik münasibətlər yaradan ilk dövlətlərdən biri oldu. Hər iki dövlət möhkəm ticarət əlaqələri saxlayır və müxtəlif beynəlxalq plarformalarda bir-birinin mövqeyini dəstəkləyir. 2024-cü ildə Azərbaycan yəhudi dövlətində səfirlik açmış şiə müsəlmanların çoxluq təşkil etdiyi ilk ölkə oldu.
Bu il isə Azərbaycan antisemitizmi dərslik proqramlarına daxil edən ilk müsəlman çoxluğun yaşadığı dövlət adını qazandı.
Bu siyasi dinamika heç də "Mamagama"nın ifa etdiyi musiqinin məğzini təşkil etməsə belə, onun rəmzi hesab olunur. Qrupun “Run With U” mahnısı yüksək enerjiyə malik pop-himndir. Həmin ifa Azərbaycanın ənənəvi musiqisi ilə retro-futuristik ahəng təşkil edir. Həmin mahnıda mili musiqi aləti olan sazdan da istifadə edilib. Musiqi parçasına çəkilmiş klip tünd antiutopik gələcəyi təmsil edir. Əsas qəhrəman Mişiyev mahnı ifa edən kiborq - əcaib varlıq obrazında təmsil olunub. Obraz dayanıqlılığı və özünüdərki simvolizə edir. Mişiyev deyir ki, qrupun əsas məqsədi sərhədləri aşmağa qadir olan bir kompozisiya yaratmaqdan ibarət olub:
“Bu, sevgi haqqında yazılmış, pop janrında bir kompozisiyadır. Əsas məqsədim onun insanlarla ahəng yarada bilməsindən və sərhəd olmadan onları bir-birinə yaxınlaşdırmaqdan ibarət olub.
Bazel şəhərində mayın 13-də keçiriləcək müsabiqə zamanı qrup məhz bunu etmək şansı qazanacaq”.
23:54 / 01 Avqust 2025
Türkiyədə təyyarə qəzaya düşdü - yaralılar var - FOTO
36
23:31 / 01 Avqust 2025
Mc Donalds-da çəkilən görüntülər şoka salır - Burqerlər belə hazırlanırmış - VİDEO
36
21:49 / 01 Avqust 2025
Şirvanda ata ilə oğul boğuldu
115
21:16 / 01 Avqust 2025
Köhnə Günəşlidə avtoservis yanıb - YENİLƏNİB
45
20:12 / 01 Avqust 2025
AQTA qarpız-yemişlə bağlı yoxlamalara başladı
41
17:22 / 01 Avqust 2025
Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır
39
15:15 / 01 Avqust 2025
Yeni təyinatlar BAŞ TUTUB - ADLAR
674
14:55 / 01 Avqust 2025
Yunanıstan Qərbin təzyiqləri fonunda Rusiya ilə qardaşlıq elan edir
80
14:49 / 01 Avqust 2025
Ərdoğan onları əfv etdi
95
14:33 / 01 Avqust 2025
Türkiyəyə istirahətə getmək istəyənlərə VACİB XƏBƏR
94
14:15 / 01 Avqust 2025
Rusiya bu dəfə miqrantların uşaqlarına əl qoydu - ŞOK QƏRAR HAZIRLANIR
487
13:51 / 01 Avqust 2025
Yumurta ucuzlaşdı
87
13:43 / 01 Avqust 2025
Prezident sərəncam imzaladı
666
13:43 / 01 Avqust 2025
Qabil Məmmədov Azərbaycana gətiriləcək
355
13:23 / 01 Avqust 2025
Putin onunla görüşdü
81
13:20 / 01 Avqust 2025
ABŞ Fələstin rəsmilərinə viza sanksiyaları tətbiq edir
81
13:15 / 01 Avqust 2025
Qətər Azərbaycan qazının tədarükü üçün maliyyəni artırır
89
13:13 / 01 Avqust 2025
Amerikalılar Fələstin aşiqlərinin xəyallarını alt-üst edib
90
13:05 / 01 Avqust 2025
Arif Babayevlə vida mərasimi keçirilir - VİDEO
102
12:57 / 01 Avqust 2025
Prezident nekroloq imzaladı
1102
12:29 / 01 Avqust 2025
Təyyarə kişinin başını qopardı (18+)
886
12:23 / 01 Avqust 2025
Meyiti 11 gün sonra körpünün altında tapıldı
93
12:14 / 01 Avqust 2025
Qadının mədəsindən çıxanlar ŞOK ETDİ - video
492
11:56 / 01 Avqust 2025
Sabahdan hava şəraiti kəskin DƏYİŞİR: Bakıda və bölgələrdə hava belə olacaq
1541
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.