30 milyonluq qəsr aldı
21 Avqust 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
643
04.05.2025, 10:12
Yaponiyanın məşhur ekstrasensi və manqa rəssamı Ryo Tatsuki - mediada "Yapon Baba Vanqa" adlandırılan şəxs - 2025-ci ilin iyulunda baş verə biləcək dağıdıcı təbii fəlakətlə bağlı xəbərdarlıq edib.
Oxu24.com-un xarici mediaya istinadla yaydığı xəbərə görə, Tatsuki ölkəsinin cənub hissəsində okeanın "qaynadığını" gördüyünü və bu görüntünün sunami ilə əlaqəli olduğunu bildirib.
Onun dediyinə görə, Tayvan, İndoneziya və Şimali Mariana adaları da daxil olmaqla bir sıra Asiya ölkələri meqasunamidən təsirlənə bilər.
Görücü təsir zonasını "almaz formasında əhatə olunan ərazi" kimi təsvir edib və yuxularında "əjdahaya bənzər fiqurlar" gördüyünü qeyd edib.
Tatsuki daha əvvəl bir çox mühüm hadisələri - Freddi Merkürinin və şahzadə Diananın ölümü, 1995-ci il Kobe zəlzələsi və COVID-19 pandemiyası da daxil olmaqla - əvvəlcədən proqnozlaşdırmaqla tanınıb. Onun 1999-cu ildə nəşr olunan "Gördüyüm gələcək" adlı kitabındakı proqnozlarının bir neçəsi zamanla doğrulanıb.
Qeyd edək ki, Yaponiya Sakit okeanın "Atəş halqası" adlanan seysmik aktiv bölgəsində yerləşdiyi üçün tez-tez güclü zəlzələlər və sunami təhlükəsi ilə üzləşir. Elmi mütəxəssislər Tatsukinin iddialarını qeyri-elmi saysalar da, təsvir edilən bölgədə belə bir meqazəlzələnin ehtimalını mümkünsüz hesab etmirlər.
Yanvar ayında Yaponiyanın hökumət qurumları da yaxın 30 il ərzində güclü zəlzələ ehtimalını 80 faizdən çox qiymətləndirib və potensial iqtisadi ziyanın 1,8 trilyon dolları keçə biləcəyi bildirilib Milli.Az
00:06 / 21 Avqust 2026
57
00:02 / 21 Avqust 2026
71
23:56 / 20 Avqust 2026
104
23:51 / 20 Avqust 2026
72
23:30 / 20 Avqust 2026
538
23:29 / 20 Avqust 2026
30
23:29 / 20 Avqust 2026
55
23:11 / 20 Avqust 2026
390
22:55 / 20 Avqust 2026
97
22:02 / 20 Avqust 2026
110
21:50 / 20 Avqust 2026
67
21:38 / 20 Avqust 2026
85
21:24 / 20 Avqust 2026
188
20:56 / 20 Avqust 2026
87
20:20 / 20 Avqust 2026
65
20:05 / 20 Avqust 2026
93
19:43 / 20 Avqust 2026
88
19:29 / 20 Avqust 2026
74
19:09 / 20 Avqust 2026
129
18:58 / 20 Avqust 2026
161
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.