30 milyonluq qəsr aldı
21 Avqust 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1189
02.05.2025, 16:27
Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib.
Oxu24.com -un xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı komissiyanın sədri Ramid Namazov bildirib.
Ramid Namazov qeyd edib ki, bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir: “Kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir. İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər.
Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir.
Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-də araşdırmalara görə təxminən 2-3 il idi ki, sistemlərində gizlicə fəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər. Tərəfimizdən aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur.
Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”.
00:06 / 21 Avqust 2026
75
00:02 / 21 Avqust 2026
86
23:56 / 20 Avqust 2026
125
23:51 / 20 Avqust 2026
88
23:30 / 20 Avqust 2026
625
23:29 / 20 Avqust 2026
59
23:29 / 20 Avqust 2026
72
23:11 / 20 Avqust 2026
443
22:55 / 20 Avqust 2026
108
22:02 / 20 Avqust 2026
116
21:50 / 20 Avqust 2026
71
21:38 / 20 Avqust 2026
93
21:24 / 20 Avqust 2026
197
20:56 / 20 Avqust 2026
93
20:20 / 20 Avqust 2026
67
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
130
18:58 / 20 Avqust 2026
165
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.