30 milyonluq qəsr aldı
21 Avqust 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
287
29.04.2025, 09:10
Ərdoğan zəlzələdən danışıb: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb:
"Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb, 1903 binaya kiçik ziyan dəyib. İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz".
Daha əvvəl bildirilib ki, Türkiyə hakimiyyəti təmir proqramı çərçivəsində beş il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Eyni zamanda, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikilməlidir. Ümumilikdə İstanbulda 6 milyonu yaşayış olmaqla 7,5 milyona yaxın ev var.
11:28 / 21 Avqust 2026
7
11:19 / 21 Avqust 2026
31
11:10 / 21 Avqust 2026
41
11:02 / 21 Avqust 2026
50
10:56 / 21 Avqust 2026
45
10:52 / 21 Avqust 2026
56
10:42 / 21 Avqust 2026
50
10:24 / 21 Avqust 2026
60
10:21 / 21 Avqust 2026
62
10:04 / 21 Avqust 2026
69
10:02 / 21 Avqust 2026
205
09:43 / 21 Avqust 2026
75
09:35 / 21 Avqust 2026
60
09:33 / 21 Avqust 2026
68
09:19 / 21 Avqust 2026
82
09:05 / 21 Avqust 2026
83
09:03 / 21 Avqust 2026
73
09:00 / 21 Avqust 2026
67
08:58 / 21 Avqust 2026
71
00:06 / 21 Avqust 2026
138
00:02 / 21 Avqust 2026
149
23:56 / 20 Avqust 2026
230
23:51 / 20 Avqust 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.