30 milyonluq qəsr aldı
21 Avqust 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
423
28.04.2025, 11:55
Kiyevin Podolsk Rayon Məhkəməsi 2014-cü ilin fevralında Ukraynanın keçmiş prezidenti və onun yaxın adamlarının Rusiyaya qaçması işi üzrə Viktor Yanukoviçi 15 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Yanukoviçi şəxslərin Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etməkdə və fərariliyə sövq etməkdə (Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi, 27-ci maddəsinin 4-cü hissəsi, 408-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib.
Yanukoviçin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Konstantin Kobzar Ukraynanın dövlət sərhədindən insanların qanunsuz keçirilməsini təşkil etməkdə və fərarilikdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Podolsk Rayon Məhkəməsində baxılan işə Ukraynanın keçmiş prezidentinin 2014-cü il fevralın 23-də Rusiyaya qaçması ilə bağlıdır. Yanukoviç və Kobzar Ukrayna sərhədini hava yolu ilə qanunsuz keçməkdə, Ukraynanın keçmiş prezidentinin çevrəsindəki şəxsləri və onların təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq oradakı ən azı 20 nəfərin qanunsuz keçirilməsini təşkil etməkdə ittiham olunurlar.
11 ildən artıqdır Rusiyada gizlənən Yanukoviç üçün bu, Ukrayna məhkəməsinin qiyabi olaraq çıxardığı ikinci cinayət işidir. 2019-cu ilin yanvarında Yanukoviç dövlətə xəyanətdə və təcavüzkar müharibənin aparılmasına köməklikdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.
Miri
13:15 / 21 Avqust 2026
3
13:01 / 21 Avqust 2026
38
12:50 / 21 Avqust 2026
46
12:35 / 21 Avqust 2026
51
12:35 / 21 Avqust 2026
87
12:32 / 21 Avqust 2026
311
12:27 / 21 Avqust 2026
57
12:07 / 21 Avqust 2026
219
12:05 / 21 Avqust 2026
68
11:59 / 21 Avqust 2026
64
11:48 / 21 Avqust 2026
82
11:46 / 21 Avqust 2026
62
11:43 / 21 Avqust 2026
395
11:43 / 21 Avqust 2026
57
11:40 / 21 Avqust 2026
69
11:28 / 21 Avqust 2026
65
11:19 / 21 Avqust 2026
63
11:10 / 21 Avqust 2026
71
11:02 / 21 Avqust 2026
71
10:56 / 21 Avqust 2026
59
10:52 / 21 Avqust 2026
73
10:42 / 21 Avqust 2026
60
10:24 / 21 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.