Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib
18 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
368
23.04.2025, 19:51
ABŞ dövlət katibi Marko Rubio “The Free Press”ə müsahibəsində bildirib ki, Vaşinqton danışıqlar başlayandan Rusiyanın Ukrayna ilə bağlı mövqeyini daha yaxşı başa düşüb.
"Mən deyərdim ki, biz Rusiyanın mövqeyini başa düşdük. Biz bunu indi daha yaxşı başa düşürük, çünki biz onlarla üç illik sükutdan sonra həqiqətən danışmışıq", - ABŞ dövlət katibi deyib.
Rubionun sözlərinə görə, Vaşinqton indi Rusiya və Ukraynanın mövqelərinin nə qədər uzaq olduğunu anlamağa çalışır. O, tərəflərin həddən artıq barışmaz ola biləcəyini də istisna etməyib.
"Biz əlimizdən gələni etdik. Ən yüksək səviyyədə çox vaxt və enerji sərf etdik. Nə qədər ki, irəliyə doğru real bir yol var. Bunu etməyə davam edəcəyik. Əgər bir nöqtədə bir-birimizdən çox uzaq olduğumuza və kifayət qədər sürətli hərəkət etmədiyimizə qərar versək, prioritetlərimizi dəyişdirməli ola bilərik, çünki dünyada çoxlu mühüm şeylər baş verir", - Rubio bildirib.
Aprelin 23-də ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, Rusiya və Ukraynanın Vaşinqtonun münaqişənin həlli ilə bağlı təkliflərini qəbul etməsinin vaxtı çatıb. Əks halda siyasətçi ABŞ-ın danışıqlar prosesindən çıxacağı ilə hədələyib.
Vens qeyd edib ki, Birləşmiş Ştatlar münaqişənin hər iki tərəfinə aydın şəkildə ifadə olunmuş təkliflər təqdim edib. Xüsusilə, Amerika hakimiyyəti hesab edir ki, atəşi dayandırmaq və sülh sazişi bağlamaq üçün Rusiya və Ukrayna ərazi güzəştlərinə getməlidir. Digər məsələlərlə yanaşı, Kiyev Krımı Rusiya kimi tanımalı olacaq.
Bundan əvvəl Putin ABŞ-a cari cəbhə xəttində münaqişəni dayandırmağı təklif etmişdi.
Nigar
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.