Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib
18 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
329
21.04.2025, 14:55
ABŞ prezidenti Donald Trampın ticarət tarifləri və Qrenlandiyanı ilhaq etmək təhdidləri Norveç və İslandiyanı Avropa Birliyinə üzv olmaq barədə düşünməyə vadar edib.
Oxu24.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazır.
Norveç və İslandiya Şengen və Avropa İqtisadi Ərazilərinin bir hissəsidir və vahid bazar qaydalarını tətbiq edirlər, lakin səsvermə hüququna malik deyillər. ABŞ yeni tariflər tətbiq etdikdən sonra bəzi Norveç siyasətçiləri qeyri-müəyyənliklə kifayətlənməyiblər.
“Norveçin Avropaya, Avropanın isə Norveçə ehtiyacı var”, - deyə ölkənin baş naziri Jonas Gahr Støre bir müddət əvvəl bildirib. Sentyabrda keçiriləcək seçkilərdən sonra hakimiyyətə gələ biləcək mühafizəkar müxalifət lideri Edna Solberq də ölkənin Aİ-yə üzv olmasının tərəfdarı olduğunu bildirib.
Norveç 1972 və 1984-cü illərdə keçirilmiş referendumlardan sonra artıq iki dəfə Avropa İttifaqına üzv olmaqdan imtina edib.Le Figaro-nun məlumatına görə, Skandinaviya ölkəsinin əhalisinin 43%-i hələ də belə bir təşəbbüsü dəstəkləmir, 37%-i isə lehinədir.
Öz növbəsində, İslandiya 10 ildən artıqdır ki, Aİ-yə üzvlük iddiasını geri götürüb, lakin hakim koalisiya 2027-ci ildə yeni referendum keçirməyi planlaşdırır. İslandiya əhalisinin 45%-i Aİ-yə qoşulmağı dəstəkləyir, 35%-i isə əleyhinədir.
Miri
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.