Sərhədin altında gizli yol tapıldı – 28 nəfər bu tuneldən keçirdi
21 Avqust 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
20.04.2025, 22:59
Çinin Hebey əyalətinin Tanşan şəhərində inanılmaz bir hadisə yaşanıb - doqquz yaşlı məktəbli qız 25-ci mərtəbədən yıxılsa da, sağ qalıb.
Oxu24.com xəbər verir ki, məlumatı "South China Morning Post" nəşri yayıb.
Hadisə martın 27-də baş verib. Valideynlərinin sözlərinə görə, azyaşlı qız özünü narahat hiss etdiyindən pəncərəni açmağa çalışıb, lakin ehtiyatsızlıq ucbatından yıxılıb.
Təcili şəkildə Pekindəki xəstəxanaya çatdırılan qızın bədənində çoxsaylı sınıqlar aşkarlanıb. Sevindirici hal isə odur ki, onun beynində heç bir zədə qeydə alınmayıb. Azyaşlı bir neçə əməliyyatdan sonra sağalmağa başlayıb və artıq evə buraxılıb.
Anası bildirib ki, qızın durumu sabitləşib və tədricən normal həyatına qayıdır.
O, qızının ona dediyi ilk sözləri belə xatırlayır: "Məni görəndə ilk dediyi söz "Ana, məni xilas et" oldu. O an dünyam dağıldı. Qızımın vəziyyəti sabitləşəndən sonra ancaq rahat nəfəs ala bildik. Qayınanam bu xəbəri eşidəndə huşunu itirdi. Qızımın sağ qalması hamını inandırdı ki, onu yuxarıdan bir qüvvə qoruyur. Bu, əsl möcüzədir!"
İnanılmaz sağ qalma hekayəsi qısa müddətdə Çinin sosial şəbəkələrində geniş rezonans doğurub. İstifadəçilər onu "möcüzəli qız" adlandırırlar.
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.