Sərhədin altında gizli yol tapıldı – 28 nəfər bu tuneldən keçirdi
21 Avqust 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
323
18.04.2025, 14:49
Litva Rusiyanın Avropa İttifaqı və NATO-ya mümkün hücumundan qorunmaq üçün Suwalki boşluğundan keçən marşrutu modernləşdirmək və gücləndirmək niyyətindədir.
Oxu24.com xəbər verir ki,bu barədə “Politico” qəzeti yazır.
Suwalki dəhlizi Polşa və Litvanı birləşdirən, Belarus və Kalininqradla həmsərhəd olan 100 km enində meşəlik düzənlikdir. Bu, NATO-nun ən həssas nöqtələrindən biri hesab olunur.
Litvanın müdafiə nazirinin müavini Tomas Qodliauskas qəzetə açıqlamasında "Bu yollar [təhlükəsizlik və müdafiə baxımından] bizim üçün kritik əhəmiyyət kəsb edir. Onlar böhran zamanlarında müttəfiqləri dəstəkləmək üçün əsas quru yolları kimi həmişə bizim mülki-hərbi planlamamızın bir hissəsi olub", -deyə qeyd edib.
Politico-nun qeyd etdiyi kimi, Litvanın ərazisindən keçən iki əsas yol var: biri Litvanın Kaunas şəhərindən Varşavaya qədər uzanır və Via Baltica hərbi dəhlizinin bir hissəsidir, digəri isə Litvanın paytaxtı Vilnüs ilə Polşanın Avqustov şəhəri arasındakı marşrutdur.
Nəşrin məlumatına görə, Litva hazırda Polşa ilə Vilnüs-Avqustov yolunu mülki və hərbi məqsədlər üçün ikili təyinatlı standartlara uyğunlaşdırmaqla müttəfiq qüvvələrin ölkəyə gedən əsas marşrutu olan Via Baltikadan kənarda hərbi infrastrukturunu genişləndirmək üçün işləyir.
Bu yolla onlar mal axınını yaxşılaşdırmaq, qoşunların hərəkətini asanlaşdırmaq və müharibə vəziyyətində mülki əhalinin potensial təxliyyəsinə dəstək vermək istəyirlər. Godliauskas əlavə edib ki, bu, çətin anlarda daha yaxşı logistikanı təmin etmək üçün başqa bir seçimdir.
Aprelin əvvəlində Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirmişdi ki, ABŞ-ın Avropadakı NATO müttəfiqləri Rusiyanın hücumundan qaçmaq üçün ABŞ qoşunlarının Avropadan çıxarılması halında “aydın yol xəritəsi”nə malik olmalıdırlar.
Nigar
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.