Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı  

DÜNYA

109

17.04.2025, 09:10

Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə PUA hücumları nəticəsində 18 ev yanıb.

Oxu24.com xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz Teleqram kanalında yazıb .

Onun sözlərinə görə, hücumlar Novı Ropsk, Xoromnoye, Lyubeçane, Zernovo və Sopıçi yaşayış məntəqələrinə təsir edib. Yaşayış binaları ilə yanaşı, iki yardımçı tikili də tamamilə dağılıb. Məktəbin və sosial-mədəniyyət mərkəzinin binasına ziyan dəyib.