Zelenski həmin görüşə onu da dəvət edib
17 Avqust 2025, 18:10
Qaynar xətt:
(+99450) 247 90 86Gənc böyrəyini 200 min dollara satdı
DÜNYA
276
16.04.2025, 20:12
Keniyanın Eldoret şəhərində yerləşən "Mediheal" xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alırlar.
Oxu24.com xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan "Der Spiegel", ZDF və "Deutsche Welle"nin birgə araşdırması nəticəsində üzə çıxıb.
Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsi gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilirlər.
Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə "yaxın qohum" kimi göstərilirlər və onlardan böyrək götürülür. Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.
Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində, bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.
Həmçinin oxuyun
Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10 000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər. Məhz bu səbəbdən bir çox pasiyentlər, o cümlədən Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fişer-Kugler çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər.
Onun donoru isə 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın "tamamilə təmənnasız" olduğu göstərilsə də, pasiyent "MedLead" agentliyinə 100 000 - 200 000 ABŞ dolları arasında məbləğ ödədiyini etiraf edib.
Hesabatda adı keçən "Mediheal" xəstəxanasının qurucusu və rəhbəri hindistanəsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya "BioVax" vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir. Onun barəsində dəfələrlə orqan alveri ilə bağlı ittihamlar səsləndirilsə də, o, jurnalistlərin sorğularına cavab verməkdən imtina edib.
Hazırda isə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən bu cür əməliyyatlara cəlb olunan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çox hallarda isə psixoloji travmalardan əziyyət çəkirlər.
18:10 / 17 Avqust 2025
Zelenski həmin görüşə onu da dəvət edib
1
15:00 / 17 Avqust 2025
Rəqsanə buna görə həbs olunub - İş adamını azadlığa buraxdıracaqmış - TƏFƏRRÜAT
142
14:54 / 17 Avqust 2025
Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək
45
14:34 / 17 Avqust 2025
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
141
13:19 / 17 Avqust 2025
Alyaskadakı danışıqları dəyərləndirdi - Video
47
13:04 / 17 Avqust 2025
Kralın səhhəti kəskin pisləşib - KİV
48
12:55 / 17 Avqust 2025
Vidadi Babanlı dəfn edildi - Fotolar
86
12:40 / 17 Avqust 2025
Sabahın havası açıqlandı
174
12:34 / 17 Avqust 2025
Azərbaycan donanması müasirləşir və güclənir: “Salvo” gəmilərinin üstünlükləri nələrdir?
196
00:12 / 17 Avqust 2025
Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib
104
21:24 / 16 Avqust 2025
Avropa liderləri Ukraynaya görə toplanır
232
20:13 / 16 Avqust 2025
Rəqsanəni hansı cəza gözləyir?
238
20:10 / 16 Avqust 2025
Ərdoğandan Tramp-Putin görüşünə - Münasibət
109
18:34 / 16 Avqust 2025
Rəqsanə həbs edildi
157
18:26 / 16 Avqust 2025
Balakəndə camış sahibini öldürdü
106
17:31 / 16 Avqust 2025
Vidadi Babanlı vəfat etdi
112
17:03 / 16 Avqust 2025
Alyaska görüşünü müzakirə etdilər
244
16:06 / 16 Avqust 2025
Tramp Ukrayna-Rusiya müharibəsinə son qoymağın yolunu açıqladı
127
14:29 / 16 Avqust 2025
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edildi
122
13:57 / 16 Avqust 2025
Bazar gününün - Havası
114
13:11 / 16 Avqust 2025
Trampdan Zelenskiyə məsləhət
133
12:53 / 16 Avqust 2025
Bakıda güclü partlayış olub - FOTO
1040
12:52 / 16 Avqust 2025
DYP hərəkət iştirakçılarına müraciət edib
132
12:49 / 16 Avqust 2025
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
144
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.