Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib
18 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
657
15.04.2025, 19:49
"Fransa və Ermənistan Narkotik tcarətində"
Beynəlxalq narkotik ticarəti yalnız cinayətkar şəbəkələrin deyil, eyni zamanda bəzi dövlət strukturlarının da dolayı və ya birbaşa şəkildə iştirak etdiyi qaranlıq bir sahədir. Bu baxımdan son illərdə Fransa və Ermənistanın adı müxtəlif hesabatlarda və media araşdırmalarında narahatedici məqamlarla hallanır.
Fransa: Avropanın Narkotik dəhlizində rol oynayan bir mərkəz
Fransada son illərdə narkotik maddələrin, xüsusilə də kokain və marixuananın dövriyyəsi ciddi şəkildə artıb. Şəxsən şahidi olduğum ( bu haqda yazmışdım ) Marsel və digər liman şəhərləri İrandan, Şimali Afrikadan və Cənubi Amerikadan gələn narkotik maddələrin Avropaya giriş nöqtəsinə çevrilib. Beynəlxalq media və Fransa polisinin hesabatları göstərir ki, bu ölkədə yalnız küçə satıcıları deyil, bəzi hallarda dövlət məmurları və liman strukturunda çalışan şəxslər də bu şəbəkələrin bir parçasıdır. Təəssüf doğuran məqam isə odur ki, bu halların çoxu cəzasız qalır və ya ictimaiyyətdən gizlədilir.
Ermənistan: Qafqazdan Avropaya narkotik marşrutu
Ermənistanın narkotik ticarətində tranzit ölkə kimi rolu da son illərdə beynəlxalq hesabatlarda yer alıb. İran və Əfqanıstan kimi narkotik istehsalçısı ölkələrdən gələn yüklərin Ermənistan üzərindən Gürcüstana və oradan da Qara dəniz yolu ilə Avropaya çıxarılması ehtimalları araşdırılıb. Ermənistanın zəif hüquqi strukturları və korrupsiyalaşmış dövlət aparatları bu cür tranzit fəaliyyətləri üçün əlverişli şərait yaradır.
Fransa-Ermənistan əlaqəsi: Şübhəli sakitlik
Ermənistanla yaxın siyasi və diplomatik münasibətləri olan Fransa, bu ölkənin narkotik tranzitindəki potensial rolunu görməzdən gəlməkdədir. Digər tərəfdən, Fransa Ermənistanla əməkdaşlıq adı altında bölgədəki qeyri-qanuni fəaliyyətləri də dolayısıyla legitimləşdirir. Əgər bu münasibətlər ciddi şəkildə təhlil olunmasa, beynəlxalq narkotik şəbəkələrinin Avropa daxilində daha da möhkəmlənməsi riski artır.
İkiüzlü siyasətin cəzası cəmiyyətin üzərinə düşür
Beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa dövlətləri, narkotik ticarəti ilə mübarizədə səmimi olmaq istəyirsə, Fransanın və Ermənistanın bu sahədəki fəaliyyəti və ya fəaliyyətsizliyi ciddi şəkildə araşdırılmalıdır. Əks halda, hüquq və ədalət çağırışları sadəcə siyasi şüarlardan ibarət qalacaq.
Ardı var.
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi QHT- nin sədri ekspert Emil Maqalov
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.