Ukrayna ilk dəfə OZON-u vurdu
22 Avqust 2026, 09:02
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
333
14.04.2025, 21:22
NASA Ayda insana məxsus bioloji tullantıları geri dönüşdürə biləcək texnologiya üçün 3 milyon dollar mükafat verəcək
NASA, Ayda və digər uzunmüddətli kosmik missiyalarda yaranan insana məxsus bioloji tullantıların geri çevrilməsi üçün texnologiyaların hazırlanmasına dair elan etdiyi "LunaRecycle Challenge" adlı beynəlxalq yarışmanın qalibinə 3 milyon dollar (təxminən 113 milyon manat) mükafat verəcəyini açıqlayıb.
Yarışmanın məqsədi astronavtların Ay səthində və gələcək kosmik səfərlərdə yaratdığı tullantıların effektiv şəkildə emal edilərək yenidən istifadəsini mümkün edən texnologiyaların inkişaf etdirilməsidir. NASA-nın açıqlamasına görə hal-hazırda Apollon missiyalarından qalan 96 torba bioloji tullantı Ay səthində qalır və bu da gələcək missiyalar üçün ətraf mühit baxımından risk yaradır.
Layihə çərçivəsində hazırlanan sistemlərin, Ayda qurulması planlaşdırılan uzunmüddətli yaşayış məntəqələrində istifadəsi nəzərdə tutulur. NASA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: "NASA davamlı kosmik araşdırmalara sadiqdir. Gələcək insanlı kosmik missiyalar üçün bərk tullantılar da daxil olmaqla bütün tullantı növlərinin necə azaldılacağı, saxlanılacağı və geri çevriləcəyi məsələsi əsas prioritetlərdən biridir. Bu yolla Yerə geri göndərilməli olan tullantıların miqdarı əhəmiyyətli dərəcədə azaldıla bilər."
NASA həmçinin yarışmanın yalnız kosmos üçün deyil, Yer üzündəki kiçik icmalar üçün də tətbiq oluna biləcək daha səmərəli və az zəhərli geri dönüşüm sistemlərinin yaradılmasına ilham verəcəyini vurğulayıb.
11:04 / 22 Avqust 2026
30
10:54 / 22 Avqust 2026
41
10:30 / 22 Avqust 2026
55
10:10 / 22 Avqust 2026
62
09:50 / 22 Avqust 2026
59
09:30 / 22 Avqust 2026
79
09:18 / 22 Avqust 2026
68
09:08 / 22 Avqust 2026
73
09:04 / 22 Avqust 2026
78
09:02 / 22 Avqust 2026
77
00:41 / 22 Avqust 2026
126
00:03 / 22 Avqust 2026
133
23:49 / 21 Avqust 2026
73
23:00 / 21 Avqust 2026
83
22:39 / 21 Avqust 2026
123
22:25 / 21 Avqust 2026
133
22:11 / 21 Avqust 2026
132
21:57 / 21 Avqust 2026
145
21:30 / 21 Avqust 2026
136
20:56 / 21 Avqust 2026
134
20:52 / 21 Avqust 2026
82
20:14 / 21 Avqust 2026
93
19:42 / 21 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.