Qaynar xətt:

(+99450) 247 90 86

Danışıqlar nəticə vermədi: Türkiyədə "Instagram" bağlı qaldı

Danışıqlar nəticə vermədi: Türkiyədə "Instagram" bağlı qaldı

DÜNYA

322

06.08.2024, 09:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə hakimiyyəti öz ərazilərində "Instagram" bloklanmasını qüvvədə saxlamaqda davam etmək qərarına gəlib.

OXU24.COM xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Buna səbəb bu sosial şəbəkənin nümayəndələri ilə aparılan danışıqlarda mübahisəli məsələlərin həllinə hələlik nail olunmamasıdır.

Nazirin sözlərinə görə, sosial şəbəkə sahibləri “Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”.

“Tələblərimizi yerinə yetirdikdə qadağanı aradan qaldıracağıq”, - deyə Uraloğlu qeyd edib.