Qaynar xətt:

(+99450) 247 90 86

Böyük Britaniyada iğtişaşlar səbəbilə fövqəladə hallar komitəsi çağırılıb

Böyük Britaniyada iğtişaşlar səbəbilə fövqəladə hallar komitəsi çağırılıb

DÜNYA

257

05.08.2024, 22:40

Böyük Britaniyanın baş naziri Keir Starmer ölkədə geniş yayılmış şiddətli ifrat sağçı etirazlara görə təcili COBRA komitəsini çağırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Sky News məlumat yayıb.

 

"COBRA toplantısı bu gün Downing Street-də sığınacaq axtaranların məskunlaşdığı otellərə basqın etməyə cəhd etdikdən sonra şiddətlənən zorakılığın altıncı günündə baş tutmalıdır" deyə o bildirib.

İclasda nazirlər, rəsmilər, polis və kəşfiyyatçılar iştirak edəcək. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir.

Bundan əvvəl Böyük Britaniya Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərdə təhlükəsizliyi gücləndirmək üçün 30 milyon funt sterlinq ayırmışdı.

İyulun 29-da Sautportda naməlum şəxs bıçaqla bir qrup şəxsə hücum edib. Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi saxlayıb. Daha sonra ifrat sağçı "İngilis Müdafiə Liqası" təşkilatının tərəfdarları 3 uşağın hücumuna etiraz olaraq polislə toqquşub. Sautportda iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.

Daha sonra ölkənin digər şəhərlərində də iğtişaşlar yaşanmağa başlayıb. Yüzdən çox adam saxlanılıb. Avqustun 5-də axşam etirazçılar Roterham və Tamvort şəhərlərində miqrantların yerləşdiyi iddia edilən otellərə hücum etməyə cəhd ediblər.

Bundan əvvəl İlon Mask Britaniyada baş verən kütləvi iğtişaşlar fonunda ölkədə vətəndaş müharibəsi olacağını proqnozlaşdırmışdı.

 

Nigar