Alyona Əliyeva rəssam Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində iştirak edib - FOTO
17 Oktyabr 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2277
10.11.2022, 18:19
3 minlik tələb - Rəşad Dağlının qətl törətməsinin əsas səbəbi bəlli oldu
Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Oxu24.com Bakupost-a istinadən xəbər verir Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə İskəndər Mehdiyevin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.
Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə "yox" cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.
Mənbə onu da bildirib ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına "ilişib" və onun ünvanına söyüş söyüb. Bu isə Rəşadı özündən çıxaran "son damla" olub.
Bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.
Xatırladaq ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıbmış. O, Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham olunaraq, həbs edilib.
İskəndər Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.
Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
00:27 / 17 Oktyabr 2026
90
00:12 / 17 Oktyabr 2026
74
23:58 / 16 Oktyabr 2026
89
23:49 / 16 Oktyabr 2026
123
23:42 / 16 Oktyabr 2026
88
23:42 / 16 Oktyabr 2026
145
23:29 / 16 Oktyabr 2026
458
23:22 / 16 Oktyabr 2026
74
23:08 / 16 Oktyabr 2026
82
23:06 / 16 Oktyabr 2026
409
23:01 / 16 Oktyabr 2026
91
23:00 / 16 Oktyabr 2026
74
22:55 / 16 Oktyabr 2026
300
22:52 / 16 Oktyabr 2026
74
22:45 / 16 Oktyabr 2026
79
22:35 / 16 Oktyabr 2026
618
22:25 / 16 Oktyabr 2026
90
22:14 / 16 Oktyabr 2026
79
22:11 / 16 Oktyabr 2026
72
22:08 / 16 Oktyabr 2026
83
21:50 / 16 Oktyabr 2026
112
21:18 / 16 Oktyabr 2026
102
21:16 / 16 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.