Paytaxtın bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
29 Oktyabr 2026, 08:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
782
19.05.2022, 09:26
İstər Rusiya, istər Qərb mediasında “İlan adası”nın adı çox tez-tez hallanır. Elə sosial şəbəkənin Azərbaycan seqmentində də onunla az rastlaşmırıq. Həmin adanı bu dərəcədə diqqət mərkəzinə gətirən nədir?
İlan adası Qara dənizin şimal-qərbində - Odessadan 140, Krım yarımadasına 180 kilometr aralıda yerləşir. Ada ilə ən yaxın Ukrayna sahili arasındakı məsafə cəmi 35 kilometrdir. Ərazisi 20,5 hektardır, lakin qonşuluğunda ondan böyük ada yoxdur. Yerli sakinlər onu Ukraynanın ən əlçatmaz nöqtəsi adlandırırlar. Buna baxmayaraq, vaxtilə adada istirahət həvəskarları və dalğıclar üçün dörd çimərlik fəaliyyət göstərib.
Adada daimi sərhəd qarnizonu olub, onların sayı müxtəlif cür təxmin edilir. Rusiya Müdafiə Nazirliyi 2022-ci il fevralın 24-də 82 ukraynalı hərbçini əsir götürdüyünü iddia edir. Ukrayna tərəfi cəmi 13 nəfərin əsir düşdüyünü bildirib. Onları uzun müddət ölmüş saysalar da, əsirlərin mübadiləsi zamanı geri qayıdıblar. Adada adətən Odessa Universitetinin alimləri də daxil olmaqla, 50-dən çox insan olmurdu.
İlan adasında döyüşlər səngisə də, əslində dayanmayıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, adada Rusiya qarnizonu var, Ukrayna qoşunları onu geri qaytarmağa və əlavə rus qüvvələrinin gəlməsinin qarşısını almağa çalışırlar.
Bəs İlan adası niyə bu qədər vacibdir? Məsələ heç də adanın simvolik məna daşımasında deyil (artıq bir çox əfsanələr, miflər və poçt markaları yaranıb), coğrafi yerindədir.
Hərbi münaqişələr üzrə analitikləri hesab edirlər ki, bu ada Rusiyaya sıradan çıxmış “Moskva” raket kreyserini əvəz etmək üçün lazımdır. İlan adasında 200 kilometr və daha böyük məsafədə hava və dənizə nəzarətə kömək edəcək HHM sistemləri və digər obyektlər yerləşdirmək olar. Hətta Moldova və Xerson da nəzarət zonasına düşə bilər.
Böyük Britaniyanın Müdafi Nazirliyinin hesabatında deyilir ki, əgər Rusiya adada möhkəmlənsə, hava hücumundan müdafiə sistemləri, sahil müdafiəsi və qanadlı raketlər yerləşdirə bilsə, Qara dənizin şimal-qərbində hökmranlıq edə bilər.
Adanı sadəcə tutmaq asandır. O, dənizdən qırx metr yüksəklikdə kiçik bir qaya parçasıdır. Heç bir istehkam qurğuları yoxdur. Ancaq elə bu xüsusiyyəti başqa bir problem yaradır: onu əldə saxlamaq olduqca çətindir. Ada həm Rusiyanın dənizdən hücumlarına, həm də Ukrayna təyyarələri və dronlarına qarşı çox zəifdir.
Hər iki tərəf döyüşlər zamanı tamamilə fərqli sayda itkilərdən bəhs edir, hərçənd, söhbət məhv edilmiş çox sayda qayıqdan, helikopterdən, drondan gedir. Üstəlik də canlı itki.
Münaqişənin nəticəsindən asılı olmayaraq əmin ola bilərsiniz ki, İlan adasında xatirə abidəsi ucalacaq. O, hərbi tarixi memorial olacaq.
07:33 / 29 Oktyabr 2026
96
07:32 / 29 Oktyabr 2026
94
01:47 / 29 Oktyabr 2026
844
01:20 / 29 Oktyabr 2026
796
01:13 / 29 Oktyabr 2026
308
00:04 / 29 Oktyabr 2026
570
23:58 / 28 Oktyabr 2026
133
23:54 / 28 Oktyabr 2026
22882
23:53 / 28 Oktyabr 2026
887
23:46 / 28 Oktyabr 2026
158
23:33 / 28 Oktyabr 2026
311
23:20 / 28 Oktyabr 2026
190
23:19 / 28 Oktyabr 2026
684
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
153
22:50 / 28 Oktyabr 2026
1459
22:45 / 28 Oktyabr 2026
113
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
105
22:29 / 28 Oktyabr 2026
475
20:59 / 28 Oktyabr 2026
104
20:36 / 28 Oktyabr 2026
137
20:29 / 28 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.