Şagirdin anası da faciəli şəkildə ölübmüş
29 Oktyabr 2026, 09:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
29.10.2026, 08:50
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da Yasamal, Xətai və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir işləri aparılacaq.
Oxu24.com xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov, Vasif Əliyev küçələri, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai rayonunda TM-də həyata keçiriləcək təmir-təftiş və sınaq işləri zamanı Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstasiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, həmçinin “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq gərginliksiz qalacaq.
Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.
08:45 / 29 Oktyabr 2026
10
08:30 / 29 Oktyabr 2026
22
07:33 / 29 Oktyabr 2026
177
07:32 / 29 Oktyabr 2026
172
01:47 / 29 Oktyabr 2026
1024
01:20 / 29 Oktyabr 2026
915
01:13 / 29 Oktyabr 2026
331
00:04 / 29 Oktyabr 2026
618
23:58 / 28 Oktyabr 2026
140
23:54 / 28 Oktyabr 2026
23187
23:53 / 28 Oktyabr 2026
1117
23:46 / 28 Oktyabr 2026
169
23:33 / 28 Oktyabr 2026
329
23:20 / 28 Oktyabr 2026
191
23:19 / 28 Oktyabr 2026
713
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
154
22:50 / 28 Oktyabr 2026
1511
22:45 / 28 Oktyabr 2026
115
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
106
22:29 / 28 Oktyabr 2026
480
20:59 / 28 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.