Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Şad xəbər rəsmən elan edildi: Güzəşt olacaq 

SON DƏQİQƏ! Şad xəbər rəsmən elan edildi: Güzəşt olacaq 

CƏMİYYƏT

3013

20.02.2022, 22:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pandemiyadan sonra yaranan qlobal infilyasiya ölkəmizə də təsirsiz ötüşmədi. Qiymət artımı və infilyasiyanın təsirlərini aradan qaldırmaq üçün ölkəmizdə geniş sosial tədbirlər həyata keçirilir. Hökümət tərəfindən  sahibkarlara yeni güzəştlər də tətbiq edilə bilər. Artıq bununla bağlı bir neçə məsələ müzakirəyə çıxarılıb. Ekspertlərin sözlərinə görə güzəştlərin tətbiq edilməsi istehsalı genişləndirməklə yanaşı, qiymətlərin də enməsinə töhfə verə bilər. 

Sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi yaradıla bilər. Bu məsələ Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında müzakirə edilib.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki qlobal miqyasda pandemiyadan sonra yaranan infilyasiya Azərbaycanın istehlak bazarına da təsir göstərib...Biznes subyektlərinə müəyyən güzəştlər tətbiq etməklə istehsalı genişləndirmək mümkündür. 

Həmçinin oxu: TƏCİLİ ELAN! Mühafizəçi bəylər tələb olunur: MAAŞ 3000 AZN

                          SON DƏQİQƏ! Ukrayna itkilərini açıqladı - Rusiya qadağan olunmuş silah atdı

 

 

Xalid Kərimli deyir ki atılan addımlar infilyasiyanın yumşalmasına hesablanıb. Onun sözlərinə görə daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi yüksək idxal inflyasiyasının məhdudlaşırılması qiymət artımının qarşısını ala bilər. 

İqtisadçı ekspert əlavə edib ki, neqativ təsirləri aradan qaldırmaq üçün dövlət tərəfindən geniş sosial dəstək tədbirləri də həyata keçirilir.

Qeyd edək ki, İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.