Qaynar xətt:

(+99450) 247 90 86

Heyzli qadının qəbir üstünə getməsi

Heyzli qadının qəbir üstünə getməsi

CƏMİYYƏT

589

20.02.2022, 20:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heyzli olmaq qəbir ziyarətinə maneə təşkil etmir. Belə bir qadın qəbirdə yatan şəxs üçün dua edə bilər. Qurani-Kərimdən dua ayələrini də oxuya bilərsiniz. Biz xüsusilə dua ayələrini deyirik: Bu, qəbirdə yatan şəxsə dua etməyiniz üçündür. Halbuki, Qurani-Kərim oxuyub savabını ölülərə bağışlamaq ilə əlaqədar nə bir ayə var, nə də bir hədis. Quranın savabı ancaq və ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aiddir. Amma ölən şəxs öz sağlığında başqa bir şəxsə Quran oxumağı öyrədibsə və yaxud onun öyrənməyinə səbəb olubsa, o öyrətdiyi insan hər Quran oxuyanda o şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir işə səbəbkarlıq etməyin savabıdır.