Qaynar xətt:

(+99450) 247 90 86

Bu vitaminin yüksək doza qəbulu böyrəklərə ziyandır - XƏBƏRDARLIQ

Bu vitaminin yüksək doza qəbulu böyrəklərə ziyandır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

476

18.02.2022, 20:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanada Tibbi Assosiasiyasının mütəxəssisləri D vitamininin aşırı və nəzarətsiz istifadəsinin orqanizmdə fəsadları barədə elmi məqalə dərc edib.

Onlar D vitamininin böyrəklər üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Elmi tədqiqatın məqsədi geniş kütləni vitamin D-nin elə də zərərsiz olmaması barədə maarifləndirməkdir.

Yüksək dozada vitamin D-nin qəbulu zamanı orqanizmdə intoksikasiya baş verə bilər.

İnsanlar bilməlidir ki, aşırı dozada vitamin D əlavə fayda vermir. Vitamin D içdikdə daim qanı nəzarətdə saxlamaq lazımdır. D göstəricisi 50-dən yuxarıdırsa, davamlı, müntəzəm yüksək dozada vitamini aylarla içmək xəbəriniz olmadan norma həddinin aşılmasına səbəb ola bilər.

D vitaminindən zəhərlənmə daha çox böyrəkləri zədələyir və geridönməz dəyişikliklər yaradır.