Azərbaycanın bu kəndlərinə QAR YAĞIR
09 Noyabr 2026, 17:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
446
19.11.2021, 19:33
Avropada koronavirusun dördüncü dalğası davam edir.
Son 24 saatda Niderlandda koronavirusa yoluxma üzrə yeni antirekord qeydə alınıb. Niderlandın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə üzrə 23 680 yeni yoluxma halı aşkarlanıb. Bu göstəricinin pandemiyanın başlanmasından bəri ən yüksək sutkalıq yoluxma sayı olduğu bildirilib. Həmçinin, ötən sutka ərzində 34 nəfərin COVID-19-un qurbanı olduğu qeyd edilib.
Xatırladaq ki, dünən Almaniyada da yoluxma sayında antirekord müşahidə olunub. Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun “peyvənd olunmamışların pandemiyası” olacağını qeyd edib. Azərbaycanda da son həftə COVID-19-a yoluxanların sayında ötən həftələrə nisbətən artım müşahidə olunur.
Ölüm sayı da 20-30 rəqəmi arasında dəyişir. Dəfələrlə yoluxma sayının artması və xəstəxanalarda yer çatışmazlığına görə sərt karantin tətbiq edilən ölkəmizdə hazırda hansı dalğanın davam etdiyini dəqiq demək çətindir.
“Azərbaycan Həkimləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm isə Cebhe.info-ya açıqlamasında deyib ki, ölkəmizdə hazırda koronavirusun 3-cü dalğası davam edir:
“Mənə elə gəlir ki, payızda ölkədə başlayan dalğa COVID-19 infeksiyasının 3-cü dalğası idi. Hazırda həmin dalğa davam edir. Havalar soyuyan kimi yeni, 4-cü dalğanın gəlməsi gözlənilir. İndi Avropada artıq 4-cü dalğa yüksək həddə çatıb. Bizdə hələ elə deyil.
Düşünürəm ki, noyabrın sonu və dekabrın əvvəlləri bizə də bu dalğa gəlib çıxacaq. Yoluxma sayı kəskin arta bilər”.
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.