Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ

SON DƏQİQƏ: Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ

CƏMİYYƏT

1087

18.11.2021, 19:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.

Oxu24.com “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb:

“Bunların 3-də bizim üçün qəbul ediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

Həmçinin oxu: Azərbaycan 46 ildən sonra dünən BUNU ETDİ - XƏRİTƏ