Qaynar xətt:

(+99450) 247 90 86

Hande ilə Kerem ailə qurur?

Hande ilə Kerem ailə qurur?

CƏMİYYƏT

346

18.11.2021, 18:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aktyor Kərəm Bürsin sevgilisi Hande Erçellə olan gələcək planlarından danışıb. 

Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən gün yeni layihə üçün prodüser Burak Sağyaşarla görüşərkən görüntülənib. Jurnalistlərin suallarını cavablayan aktyor Hande ilə evlilik qərarı alıb-almamasına aydınlıq gətirib:

"Sevgimizin dadını çıxardırıq. Bu yeni bir münasibətdir hələ. Anı yaşayırıq. İşlər, karyeramız var. Evlilikdən danışmaq hələ tezdir".

İstirahət üçün İtaliyaya gedən Kerem sosial mediada həmkarı Can Yamanla müqayisə edilməsinə də münasibət bildirib:

"Rəqabət düşünmürəm. Bu cür görmək yanlışdır. Hər birimiz ölkəmizi başqa yerlərdə fərqli şəkildə təmsil edirik".