Tariyel Məmmədov vəfat etdi – Foto
09 Noyabr 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
813
18.11.2021, 09:22
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir.
Sfera.az-ın məlumata görə, şəhidimiz sanitar-təlimatçı olub.
O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb.
Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə tutub. Nəticədə kiçik çavuş Natiq Əliyev şəhid olub.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Cenevrə Konvensiyasına əsasən sanitar nəqliyyat vasitəsi konflikt zamanı xüsusi statusa və müdafiə olunmaq hüququna malikdirlər.
Roma Statutunda qeyd edilir ki, beynəlxalq və ya qeyri-beynəlxalq silahlı konflikt zamanı tibbi personala qəsdən hücum etmək humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən hərbi cinayətdir.
Buna baxymaraq, düşmən Vətən müharibəsində olduğu kimi, son döyüşlərdə də beynəlxalq hüququn normalarını ayaqlar altına atıb.
Qeyd edək ki, döyüş meydanında uduzduqca quduzlaşan erməni tərəfi Vətən müharibəsi zamanı hətta mülki təcili tibbi yardım maşınlarına da atəş açmaqdan çəkinmirdi. Belə oxşar hadisələrdən biri də ötən ilin oktyabrın 6-da Ağdamın "Dörd yol” adlanan ərazisində baş vermişdi. Həmin vaxt yaralı hərbçimizi daşıyan ambulans düşmənin ağır artilleriyadan atəş açdığı mərminin hədəfi olmuşdu.
Onu da xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı ermənilərin beynəlxalq hüquq normalarını pozması nəticəsində bir neçə sanitar-təlimatçımız şəhid olub.
(Qafqazinfo)

17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.