Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
10 Noyabr 2026, 01:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
438
12.11.2021, 20:47
Bu bir çox valideynləri narahat edən suallardan biridir. Körpələrdə çənənin, aşağı dodağın və əllərin bir neçə saniyə ərzində əsməsi (tremor) həyatın 3 ayına kimi fizioloji sayılır.
Həyatın ilk həftələrində körpənin orqanizmi hələ ki tam formalaşmayıb və bu prosess davam edir. Tremorun səbəbi körpənin hərəkətlərə kontrol edən sinir mərkəzlərinin tam yetişməməsidir. İstənilən gıcıqlandırıcı - paltarın dəyişilməsi, çimizdirmə, qarnında köp və ağrılar, aclıq, hətta adi toxunuş, parlaq işıq, güclü səs, temperaturun dəyişilməsi (məsələn, isti otaqdan çölə çıxartdıqda və s.) uşaqda tremora səbəb ola bilər. Bundan qorxmaq lazım deyil. Tremor əksər tam sağlam uşaqlarda müşahidə olunur və daha sonra izsiz olaraq keçir.
Adətən 3 ayına kimi fizioloji tremor tədricən yox olur. Vaxtından tez doğulmuş uşaqlarda tremor daha gec yox ola bilər. Bu da normal sayılır.
Valideynlər uşağın hələ ki tam yetişməmiş sinir sistemini güclü qıcıqlandırıcıların təsirindən mümkün qədər qorumalıdır, uşaq üçün sakit və komfortlu şərait yaratmalıdırlar. Massaj, sakitləşdirici otların dəmləmələri ilə (nanə, melissa, çobanyastığı, pişikotu kökü) vannalar uşaqları çox yaxşı sakitləşdirir.
Beləliklə, 3 ayına kimi bir neçə saniyə ərzində davam edən tremor fizioloji sayılır və heç bir xüsusi müayinə və müalicə tələb etmir. Lakin bəzi hallarda tremor patoloji kimi qiymətləndirilə bilər və bu hallarda valideynlər mütləq həkimə müraciət etməlidir:
- çənə və əllərlə bərabər uşağın baş əzələləri əsir
- tremor uşaq tam sakit vəziyyətdə və heç bir qıcıqlandırıcı olmadıqda baş verir
- tremor zamanı dəri göyərir və üzərində tər çıxır
- tremor çox güclüdür
- tremor 30 saniyədən artıq çəkir
- tremor uşağın 3 ayından sonra qalıb.
02:34 / 10 Noyabr 2026
36
02:02 / 10 Noyabr 2026
65
01:30 / 10 Noyabr 2026
117
01:19 / 10 Noyabr 2026
256
01:00 / 10 Noyabr 2026
106
00:25 / 10 Noyabr 2026
536
00:20 / 10 Noyabr 2026
113
00:14 / 10 Noyabr 2026
250
00:08 / 10 Noyabr 2026
104
23:52 / 09 Noyabr 2026
175
23:52 / 09 Noyabr 2026
1678
23:48 / 09 Noyabr 2026
114
23:42 / 09 Noyabr 2026
284
23:37 / 09 Noyabr 2026
307
23:32 / 09 Noyabr 2026
147
23:28 / 09 Noyabr 2026
150
23:23 / 09 Noyabr 2026
119
23:17 / 09 Noyabr 2026
194
23:12 / 09 Noyabr 2026
147
23:09 / 09 Noyabr 2026
123
23:01 / 09 Noyabr 2026
125
22:55 / 09 Noyabr 2026
137
22:48 / 09 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.