Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
10 Noyabr 2026, 04:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
451
09.11.2021, 21:12
Rostov-na-Don məhkəməsi Rostov vilayətində cinayətkar qruplaşma təşkil etməkdə şübhəli bilinən və federal axtarışda olan azərbaycanlı iş adamı Kərim Babayevi həbs edib.
OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında deyilir. Kərim Babayevə qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə də ittiham irəli sürülüb.
Xatırladaq ki, aprelin 28-i Rusiyanın güc strukturları Rostov vilayətinin Aksay rayonunda təxminən 3,5 min hüquq-mühafizə əməkdaşının iştirakı ilə azərbaycanlı iş adamı Kərim Babayevə məxsus bir neçə bazarın ərazisində xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Kərim Babayevə məxsus "Atlant", "Klassik", "Almaz" və "Ovoşnoy" bazarlarında ən az 460 qanunsuz miqrant saxlanılıb. Saxlanılanların Əfqanıstan, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları olduqları bildirilib.
Əməliyyat Kərim Babayevin 20 il əvvəl təşkil etdiyi cinayətkar qruplaşmada iştirak etmək, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən və aprelin ortalarında saxlanılan Aksay rayon administrasiyasının rəhbəri Vitali Borzenkonun işi ilə əlaqədar olub.
Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da, qalanları barədə cinayət işi başlanılıb.
Bu hadisələrdən sonra Kərim Babayevin Türkiyə üzərindən Azərbaycana qaçdığı deyilirdi.
04:34 / 10 Noyabr 2026
25
04:12 / 10 Noyabr 2026
47
02:34 / 10 Noyabr 2026
115
02:02 / 10 Noyabr 2026
111
01:30 / 10 Noyabr 2026
200
01:19 / 10 Noyabr 2026
347
01:00 / 10 Noyabr 2026
153
00:25 / 10 Noyabr 2026
651
00:20 / 10 Noyabr 2026
130
00:14 / 10 Noyabr 2026
321
00:08 / 10 Noyabr 2026
124
23:52 / 09 Noyabr 2026
214
23:52 / 09 Noyabr 2026
1831
23:48 / 09 Noyabr 2026
133
23:42 / 09 Noyabr 2026
333
23:37 / 09 Noyabr 2026
361
23:32 / 09 Noyabr 2026
163
23:28 / 09 Noyabr 2026
172
23:23 / 09 Noyabr 2026
138
23:17 / 09 Noyabr 2026
218
23:12 / 09 Noyabr 2026
166
23:09 / 09 Noyabr 2026
140
23:01 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.