Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ!Üzücü xəbər gəldi: Ordumuzun kapitanı həlak oldu

SON DƏQİQƏ!Üzücü xəbər gəldi: Ordumuzun kapitanı həlak oldu

CƏMİYYƏT

1225

09.11.2021, 15:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.

Müdafiə Nazirliyindən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu - kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

"Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!", - nazirlikdən bildirilib.