Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
10 Noyabr 2026, 04:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2106
08.11.2021, 19:22
44 günlük ikinci Qarabağ müharibəsinin Azərbaycan ordusunun zəfəri ilə başa çatmasından bir il ötür. Müharibənin başa çatmasından bir il keçdiyi bir vaxtda bir çox beynəlxalq ekspertlər və KİV-ləri ötən ilin bu dövründə Qarabağda baş verənləri müxtəlif rakurslardan şərh edirlər.
Rusiyadakı strategiyaların və texnologiyaların analizi Mərkəzi də bu günlərdə hərbi ekspertlərin müzakirələrini təşkil edib. “Moskovskiy Komsomolets” qəzeti həmin müzakirələrin xülasəsini oxucularına çatdırır.
Rusiyalı hərbi ekspert Leonid Nersisyan deyir ki, Ermənistan rəhbərliyi müharibənin başlayacağı haqda əvvəlcədən informasiyalar alsa da buna adekvat reaksiya verməmişdi.
“Mənim məlumatlarıma görə, ölkə rəhbərliyi bir ay əvvəldən kifayət qədər informasiyalar almışdı ki, döyüş əməliyyatları başlaya bilər. Müharibənin başlamasına beş gün qalmış isə olduqca həyacanlı siqnallar daxil olub. Onlar Qarabağdan, rəhbərlikdən və hava hücumundan müdafiə sistemlərindən daxil olurdu. Bildirilirdi ki, Azərbaycan qoşunlarının fəallığı çox yüksəkdir və qoşunları döyüş hazırlığı vəziyyətinə gətirmək lazımdır”,-Nersisyan qeyd edib.
Ekspert deyib ki, Qarabağdakı hava hücumundan müdafiə vasitələrinin 70 faizə qədəri müharibənin elə birinci günü məhv edilmişdi. Üstəlik onların bir çoxu daimi dislokasiya yerlərində vurulmuşdu, çünki yerləri illərlə dəyişdirilməmişdi.
Nersisyanın bildirdiyinə görə, müharibə başlayandan sonra Ermənistandan Qarabağa əlavə qoşun hissələrinin göndərilməsi praktiki olaraq mümkün olmurdu, çünki Azərbaycan ordusu havada hökmran idi və erməni qoşunları “Bayraktar” zərbə dronlarının, İsrail istehsalı olan kamikadze-dronların hücumlarından böyük itkilər verirdi, kəşfiyyat PUA-ları artilleriya zərbələrini dəqiq hədəfə yönəldirdi.

Digər tanınmış hərbi ekspert, “Vətən Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovski isə qeyd edib ki, Azərbaycan rəhbərliyi məqsədyönlü şəkildə öz xalqını və ordusunu torpaqların azad edilməsinə hazırlayırdı. “Azərbaycan öz torpaqlarını geri almağa hazır idi, o cümlədən böyük itkilər hesabına belə olsa. İctimaiyyət bu itkiləri qəbul etməyə hazır idi”,-Muraxovski deyib. Ekspert əlavə edib ki, Ermənistanda məğlubiyyətə görə günahı Rusiyanın üzərinə atmaq meylləri heç də xoş deyil. “Ermənistan tərəfdən Rusiyaya qarşı hansısa iradlar irəli sürmək ki, biz onları xilas etməmişik, kömək etməmişik,-mənim fikrimcə, heç də ədəbli davranış deyil”,-o bildirib.
Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, ehtiyatda olan general-polkovnik Yuri Baluyevski isə müzakirələrə yekun vuraraq deyib ki, erməni tərəfi müharibə zamanı öz mövqelərinin və silahlarının maskalanmasına əhəmiyyət vermirdilər. Nəticədə böyük itkilərə məruz qalırdılar. (virtualaz.org)

04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.