Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
502
07.11.2021, 23:47
Hər bir problemin həlli var, yeganə çətinlik onu tapmaqdan ibarətdir.
Görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız.
Biz gündəlik iş prosesində, müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik. Çox düşünürük, tələsirik, sonradan isə nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar həyatımızda çox mühüm rol oynamır. Amma elə vəziyyət də olur ki, yalnış qərarlar taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq.
İnsan daima seçim arasındadır: "nahara nə alsın?", "dincəlməyə hara getsin?", "hansı ali təhsil müəssisəsində təhsil alsın?", "hansı peşəni seçsin?", "pul necə qazansın?" və s. Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur. Nəinki ciddi seçim qarşısında qalmaq. Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə, uğursuzluğa, itkiyə səbəb ola bilər.
Düzgün seçim həyata keçirmək üçün mütləq müddətini təyin etmək lazımdır. Vaxtla yanaşı, emosiyalar da qərarın qəbul olunmasında maneələr yaradır. Çünki duyğular üstün gələndə insan obyektiv düşünə bilmir və düzgün qərar qəbul etmir. Belə bir vaxtda insan rahat və sakit olsa, daha yaxşıdır. Qərar qəbul edilmə prosesində düşüncələrimizdə mütləq prioritet qoyulmalıdır, fikirlərin ardıcıllığı olmalıdır. Əlbəttə ki, düzgün qərar qəbul etmək, əsasən, insanın təcrübəsindən asılıdır. Necə deyirlər: "Müdriklik illərlə gəlir"(düzünü desək, bunu da hamıya aid etmək olmaz).
Uğursuzluq qarşısında qorxu hissi də düzgün qərar verməyə mane olur. Qorxunu aradan qaldırmaq üçün alına biləcək nəticələri ətraflı təhlil etmək lazımdır. Addımlarınızı götür-qoy edin. Kiçik qərarlardan başlayın. Əvvəlcə təyin edin ki, hansı qərarı qəbul etmək fikrindəsiz. Sizdə bir neçə variant olmalıdır. Münasib variantı müəyyən edib seçməlisiz. Eləcə də, vəziyyəti analiz edin. Demirəm ki, oturub hansısa bir vəziyyətin təhlili üçün bütün vaxtınızı sərf edin. Yəqin ki, yatmazdan əvvəl gün ərzində baş verən hadisələri asanlıqla təhlil edib müvafiq nəticələr çıxarmaq olar. İnsanın şüuraltında (təltəlşüuru) hər bir yaranmış vəziyyətdən mümkün çıxış yolları var. Yuxu zamanı fasiləsiz təhlil prosesi keçir. Səhər isə təltəlşüurunuz sizə optimal variantı verə bilər.
Planlaşdırın! Siz görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız. Eyni zamanda, qeydlər keçmişdə gördüyünüz səhvlərə əsaslanaraq gələcək qərarların düzgün qəbul olunmasına kömək edir.
Düzgün qərar qəbul olunmasını təmin edən amillərdən biri - obyektivlikdir. Vəziyyəti olduğu kimi qəbul etmək lazımdır. Yalan, şişirtmə faktlar yanlış seçimə gətirib çıxarır. Bəzən elə olur ki, müəyyən detalların aydınlaşdırılması seçimi geciktirir. Lakin buna da aldanmayın, yeni faktlar qərar qəbul edilmə prosesini daha da çətinləşdirir, çünki yeni məlumatları dəqiqləşdirmək istəyi yaranır. Zaman müxtəlif variantları təhlil etmək imkanlarını məhdudlaşdırır. Məsələn, sizə münasib olan iki müxtəlif yerə iş təklifini almısınız və siz qərarsızsınız. Əlbəttə, gec qərar qəbul etsəniz nəticədə işsiz qala bilərsiz.
Hansısa bir ciddi məsələni həll etmək üçün siz doğmaların və dostlarınızın həqiqətən faydalı məsləhətlərini də nəzərə ala bilərsiniz. Amma bir məqamı unutmayın - hamıya və hər kəsə öz problemləriniz haqqında danışmağa dəyməz. Daxili dialoq da bir çox hallarda faydalı ola bilər.
Alternativ yollar axtarın.Yalnız bir çıxış yolu ilə kifayətlənməyin. Heç olmasa müqayisə etmək üçün bir neçə variantlar fikirləşin. Təsəvvür edin ki, ilkin ideya mövcud deyil, belə vəziyyətdə nə edəcəksiniz? Əlbəttə bir neçə alternativ yollar tapacaqsınız.
Qərar qəbul etdikdən sonra, tam əminlik yaranır və uğur gözləmək olar. Amma yenə də diqqətli olun. Unutmayın ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini tez-tez dəyişir. Çeviklik və inad arasında balans tapın. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcəksiz və lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə bilərsiniz. Bir daha qeyd etmək istərdim ki, düzgün qərarlar qəbul etməyi öyrənmək üçün şəxsi təcrübədən istifadə etmək lazımdır. Bununla yanaşı yuxarıda göstərilən məsləhətləri də nəzərə alın. Qərar qəbul etmə və həyata keçirmə prosesində çevik olun.
Bəs, yanlış qərar qəbul etmisizsə, necə hərəkət etmək lazımdır? Cavab - bunu cəsarətlə etiraf edin və yaranmış vəziyyəti aradan qaldırmaq üçün özünüzdə güc tapın. İnanın ki, bu sonradan hər zaman gunahkarlıq hissiylə yaşamaqdan asandır. Yalnız vəziyyəti düzgün yola qoyaraq və ya heç olmasa buna cəhd edərək siz rahatlığınızı əldə edə bilərsiniz. İnsan özü-özündən qaça bilməz - bu fikir dəfələrlə təsdiq olunub.
Əslində toxunduğumuz mövzu ilk baxışdan göründüyü kimi sadə deyil. Belə ki, insanın həyatı verdiyi qərarların nəticələrindən asılıdır. Düzgün qərar verməyi bacarsaq həyatımız daha yaxşı olar.
Sizə hər zaman uğur gətirən düzgün qərarlar qəbul etməyi arzulayıram.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.