Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada işləməyə gedənlərin DİQQƏTİNƏ! Yeni qərar var

Rusiyada işləməyə gedənlərin DİQQƏTİNƏ! Yeni qərar var

CƏMİYYƏT

1197

03.11.2021, 12:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyaya işləmək üçün gələn əcnəbi miqrantların genomik qeydiyyatı aparılacaq.

Oxu24.com -un  verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

S. Petrenko İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Rusiyaya işləməyə gələn miqrantların genomik qeydiyyatının aparılması haqqında qanunvericilik təklifinin hazırlanması barədə göstəriş verdiyini söyləyib.

"İstintaq Komitəsinin sədri “Rusiya Federasiyasında dövlət genomik qeydiyyat haqqında” federal qanununa dəyişiklik layihəsinin hazırlanması haqqında göstəriş verib. Hansı ki, qanuna dəyişiklik Rusiyada işləmək icazəsi almaq istəyən xarici ölkə vətəndaşlarının mütləq genomik qeydiyyatdan keçməsini nəzərdə tutur”, deyə İstintaq Komitəsinin rəsmi nümayəndəsi vurğulayıb.

S. Petrenkonun sözlərinə görə, A. Bastrıkinin bu qərarına miqrantlar tərəfindən törədilən cinayətlərin sayının artması və Rusiyada kriminal vəziyyətin gərginləşməsi səbəb olub.

Belə ki, əgər 2020-ci ilin altı ayında hüquq-mühafizə orqanları əcnəbilərə qarşı başlanmış 17 mindən çox işi araşdırıbsa, 2021-ci ilin birinci yarısında bu rəqəm 19 minə yaxın olub.

Azərbaycanda bu tarixdən yeni dalğa başlayacaq – Xəbərdarlıq