Qaynar xətt:

(+99450) 247 90 86

Biləsuvarda velosipedçini avtomobil vurub

Biləsuvarda velosipedçini avtomobil vurub

CƏMİYYƏT

667

19.07.2021, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvarda velosipedçini minik avtomobili vurub.

OXU24.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən "Rüfət" şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.

Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.