Sabiq rəis xəstəxana direktoru təyin edildi
11 Noyabr 2026, 18:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
771
15.07.2021, 08:51
Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.
Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.
Məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə- əvvəlcədən təyin olunmuş məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.
Eyni zamanda, iyul ayının 15-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyəti məhdudlaşdırılan şəhərlərarası (rayonlararası) gecə reysləri də bərpa olunur.
Sərnişinlər həm Naxçıvan, həm də gecə reysləri üzrə biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edə bilərlər.
18:13 / 11 Noyabr 2026
1
18:06 / 11 Noyabr 2026
134
18:01 / 11 Noyabr 2026
44
17:42 / 11 Noyabr 2026
144
17:40 / 11 Noyabr 2026
90
17:35 / 11 Noyabr 2026
163
17:16 / 11 Noyabr 2026
86
17:13 / 11 Noyabr 2026
151
17:12 / 11 Noyabr 2026
89
16:35 / 11 Noyabr 2026
106
16:07 / 11 Noyabr 2026
138
16:04 / 11 Noyabr 2026
296
16:01 / 11 Noyabr 2026
120
16:00 / 11 Noyabr 2026
99
15:50 / 11 Noyabr 2026
116
15:50 / 11 Noyabr 2026
124
15:40 / 11 Noyabr 2026
107
15:31 / 11 Noyabr 2026
971
15:27 / 11 Noyabr 2026
882
15:13 / 11 Noyabr 2026
123
15:07 / 11 Noyabr 2026
210
14:51 / 11 Noyabr 2026
143
14:43 / 11 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.