Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda qarajda oğlanla meyiti tapılan qadın ailəli imiş - TƏFƏRRÜAT

Sumqayıtda qarajda oğlanla meyiti tapılan qadın ailəli imiş - TƏFƏRRÜAT

CƏMİYYƏT

647

10.07.2021, 12:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb. Həmin şəxslərlə bağlı bəzi faktlar məlum olub.

Oxu24.com lent.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxslər ailəvi dost olublar. Bununla yanaşı oğlan subay, qız isə evli olub.İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.

Avtomobilə baxış keçirilərkən kondisioner işlək vəziyyətdə olub, lakin yanacaq bitdiyi üçün maşın sönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.