Qaynar xətt:

(+99450) 247 90 86

Xanım sürücü sükan arxasında yuxulayıb, avtomobili mağazaya girib - Bakıda - FOTO

Xanım sürücü sükan arxasında yuxulayıb, avtomobili mağazaya girib - Bakıda - FOTO

CƏMİYYƏT

658

09.07.2021, 23:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

OXU24.COM  APA-ya istinadən bildirir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "KİA" markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.

Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.

Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.

Nəticədə sürücü xəsarət alıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.