Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
646
09.07.2021, 21:54
Vətəndaşlarımızın səyahət zamanı insanların kütləvi toplaşdığı yerlərə gedərkən fərqli ölkələrdən çoxlu turistlərin olduğunu nəzərə alaraq, tibbi maskadan istifadə etməsi məsləhətdir.
OXU24.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva "Səyahət sağlamlığı” mövzusundakı çıxışında deyib.
O bildirib ki, xüsusən tənəffüs yolları ilə yayılan bir sıra xəstəliklərə yaxın təmasda olduqda yoluxmaq mümkündür. Həkim turistlərin, həmçinin qidalanmasına diqqət yetirmələrini tövsiyə edib: "Səyahət zamanı qəbul edilən qidalar hətta sanitar-gigiyenik şəraitdə hazırlansa da, gündəlik yeyilməyən, bizim xalqa xas olmayan qidalar olduğu üçün orqanizmdə müvəqqəti problemlər yarada bilər: "Həkim-epidemioloq kimi məni ən çox narahat edən məsələ isə, səyahət zamanı turistlərin sanitar-gigiyenik problemli qidalarla qarşılaşma ehtimalıdır. Odur ki, səyahətə hazırlaşanlara açıq mənbələrdən su içməməyi tövsiyə edirəm. Turistlər çalışıb yalnız qablaşdırılmış sulardan istifadə etməlidirlər. Eyni zamanda, bu, küçədə satılan açıq yeyintilərə də aiddir. Qidalar açıq havada virus və bakteriyalara, təbii olaraq, daha tez məruz qalırlar. Tövsiyə olunur ki, bişmiş qidalara üstünlük verilsin. Çünki yüksək temperatur virus və bakteriyaları öldürür. Turistlərin təxminən 50 faizində səyahət diareyasına rast gəlinir. Səyahət edənlər 90 faiz hallarda onlara yalnız 2-3 gün narahatlıq verən ishal və mədə-bağırsaq pozuntusu ilə qarşılaşırlar”.
Y.Qarayeva səyahət sağlamlığı anlayışı barədə ümumi fikirlərini də bölüşüb. O qeyd edib ki, bu anlayış son 200 ildə konsepsiya kimi ortaya çıxıb: "Bu, elmin inkişafı nəticəsində, qısa müddətdə daha uzun məsafələri qətetmə imkanı ilə əlaqəlidir. Əvvəllər belə şərait yox idi. Lakin nəzərə almaq lazımdır ki, səyahət orqanizm üçün fizioloji stress səbəbi ola bilər. Ona görə də, səyahət sağlamlığı ilə əlaqədar həkimə müraciət edənin getməyi planlaşdırdığı coğrafi məkanın əlamətləri - təbiəti, iqlimi, özünəməxsus xəstəlikləri və s. olduqca önəmlidir. Həmçinin səyahətin müddəti və məqsədi də vacib faktorlardır. Misal üçün, xüsusilə pandemiyadan öncə gənclər daha aktiv ola biləcəkləri istirahət məkanları seçir, ekstremal idman növləri üçün uzaq məsafələrə gedirdilər. Bu, səyahətin məqsədini müəyyən edir. Onu da qeyd edim ki, qısamüddətli iş konfransları isə adətən qapalı məkanlarda keçirildiyi üçün ciddi təhlükəyə səbəb olmur”.
Həkim-epidemioloqun dediyinə görə, səyahətə hazırlaşanların vurdurduqları vaksinlər barədə məlumatlı olmaq vacibdir: "Misal üçün, xarici universitetlərə qəbul olunan tələbələrə viza müraciəti zamanı peyvəndlərlə bağlı sorğu göndərilir. Burada iki növ vaksinasiya var: birinci növ vaksinlər bütün dünyada bir yaşa qədər uşaqlara vurulan, ikinci növ isə səyahət məkanında mövcud olan digər xəstəliklər əleyhinə olanlardır. Uzun müddətli səfərlər zamanı ikinci növ peyvəndlər də vurulmalıdır”.
19:19 / 11 Noyabr 2026
54
19:07 / 11 Noyabr 2026
62
18:42 / 11 Noyabr 2026
313
18:39 / 11 Noyabr 2026
141
18:35 / 11 Noyabr 2026
128
18:30 / 11 Noyabr 2026
151
18:29 / 11 Noyabr 2026
164
18:23 / 11 Noyabr 2026
121
18:17 / 11 Noyabr 2026
179
18:13 / 11 Noyabr 2026
136
18:06 / 11 Noyabr 2026
637
18:01 / 11 Noyabr 2026
105
17:42 / 11 Noyabr 2026
276
17:40 / 11 Noyabr 2026
178
17:35 / 11 Noyabr 2026
379
17:16 / 11 Noyabr 2026
108
17:13 / 11 Noyabr 2026
242
17:12 / 11 Noyabr 2026
112
16:35 / 11 Noyabr 2026
127
16:07 / 11 Noyabr 2026
179
16:04 / 11 Noyabr 2026
454
16:01 / 11 Noyabr 2026
139
16:00 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.