Dekabrda bu məhsullar BAHALAŞACAQ
11 Noyabr 2026, 19:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
513
08.07.2021, 20:26
1939-1940-cı illərdə Böyük Britaniya və Fransa SSRİ-yə qarşı birgə zərbə çərçivəsində Bakı neft yataqlarının da məhv edilməsinə hazırlaşıblar.
Rusiyanın “İzvestiya” nəşrinin yazdığına görə, bunu Moskvada təşkil olunmuş “Böyük Vətən müharibəsi ərəfəsində. 1 sentyabr 1939 - 22 iyun 1941” adlı sərgisində ilk dəfə təqdim edilən sənədlər təsdiqləyir.
1939-cu ilin avqustunda qarşılıqlı təcavüz etməmə haqqında Sovet-Alman müqaviləsinin imzalanmasından sonra İngiltərə və Fransa SSRİ-dən neft tədarükü səbəbiylə Üçüncü Reyxin güclənməsindən qorxaraq Sovet İttifaqına qarşı hərbi əməliyyatlar planlayıblar.
Paris və London minlərlə əsgəri Yaxın Şərqdə cəmləşdiririb. Fransa isə Sovet Zaqafqaziyasında təxribat üçün rusiyalı mühacirlər arasındakı tanınmış Qafqaz dağlılarından istifadə etmək niyyətində olub. İki Avropa dövləti Bakıdakı neft mədənlərini və SSRİ-nin Qara dənizdəki limanlarını - Batumi və Tuapseni bombalamaq istəyib.
Belə məlumatlar SSRİ xarici kəşfiyyatının Paris rezidenturası tərəfindən əldə edilib. Beləliklə, 1939-cu ilin noyabrında Sovet İttifaqı Xalq Daxili İşlər Komissarı Lavrenti Beriya Müdafiə Xalq Komissarı Kliment Voroşilova Şərqə gizli şəkildə ingilis-fransız qoşunlarının göndərilməsi barədə məlumat verib. Fransız xüsusi xidmət orqanları bölgənin topoqrafiyası, yolların vəziyyəti və Gürcüstan, Ermənistan və Azərbaycanda təbii relyef barədə məlumatlar toplayıblar”- Beriya 1939-cu il dekabrın ortalarında Voroşilova verdiyi digər bir hesabatda qeyd edib.
SSRİ-nin neft istehsal edən regionlarına qarşı təklif edilən əməliyyata “Pike” adı verilib. 1940-cı ilin martında İngiltərə-Fransa Ali Hərbi Şurası Zaqafqaziyaya bir zərbə planlaşdırmağı qərarı alıb. Lakin bir ay sonra Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen SSRİ-nin Almaniyaya qarşı siyasi kursunu dəyişdirməsi səbəbindən əməliyyatın ləğv edildiyini bildirib.
Fransanın Bakı neft mədənlərini bombalamaq planları haqda sənədlər üzə çıxdı…-FOTOLAR


19:49 / 11 Noyabr 2026
20
19:43 / 11 Noyabr 2026
38
19:33 / 11 Noyabr 2026
45
19:19 / 11 Noyabr 2026
107
19:07 / 11 Noyabr 2026
84
18:42 / 11 Noyabr 2026
360
18:39 / 11 Noyabr 2026
167
18:35 / 11 Noyabr 2026
145
18:30 / 11 Noyabr 2026
168
18:29 / 11 Noyabr 2026
188
18:23 / 11 Noyabr 2026
129
18:17 / 11 Noyabr 2026
189
18:13 / 11 Noyabr 2026
148
18:06 / 11 Noyabr 2026
674
18:01 / 11 Noyabr 2026
109
17:42 / 11 Noyabr 2026
301
17:40 / 11 Noyabr 2026
186
17:35 / 11 Noyabr 2026
427
17:16 / 11 Noyabr 2026
114
17:13 / 11 Noyabr 2026
255
17:12 / 11 Noyabr 2026
115
16:35 / 11 Noyabr 2026
131
16:07 / 11 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.