Dekabrda bu məhsullar BAHALAŞACAQ
11 Noyabr 2026, 19:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
871
08.07.2021, 14:44
Orqanizmin gizli resurslarından istifadə etməklə gününüzü və dolayısı ilə də ömrünüzü uzadın...
Adətən gün ərzində 1 dəfə yatırıq: gecə yatırıq, səhər ayılırıq. Yuxunun belə forması tək fazalı yuxu adlanır. Bəzi insanlar gündüz də yatmağa üstünlük verirlər ki, bu artıq cüt fazalı yuxu adlanır. Yuxunun bu növü onunla maraqlıdır ki, gecə 6 saat və gündüz nahardan sonra yarım saat yatılır. Bu minvalla da tək fazalı yuxu ilə müqayisədə 1,5 saat artıq yuxu əldə edilir. Əgər insan gün ərzində 2 dəfədən çox yatırsa, bu polifaz yuxu adlanır, hansı ki, məhz bu, həyatın şüurlu şəkildə uzadılmasının sirrinu açır.
Polifaz yuxunu tez-tez orta əsrlərin dahi rəssamı və ixtiraçısı Leonardo da Vinçi ilə müqayisə edirlər. Çoxsaylı ideyalarının həyata keçirilməsi üçün ona hər zaman uzun müddət lazım olurdu ki, bu müddət də ona heç vaxt kifayət etmirdi. Təşəbbüskar və bacarıqlı insan olan Leonardo da Vinçi öz yuxu rejimini dəyişərək bu vəziyyətdən çıxış yolunu tapmışdı. O, adi gecə istirahətini bir neçə hissəyə bölərək polifaz yuxu rejiminə üstünlük vermişdi. Dahi insan hər 4 saatdan bir 15-20 dəqiqə yatır və bu yolla da nəinki "canlı" qalır, həmçinin böyük kəşflər edirdi.
Texniki polifaz yuxu:
1. Dymaxion rejimi
Hər 6 saatdan bir yarım saat yuxu. Əsas olan yatıb qalmamaqdır.
2. Uberman rejimi
Hər 4 saatdan bir 20 dəqiqə yuxu. Hesab edilir ki, bu yuxu texnikasından Leonardo da Vinçi istifadə edirdi.
3. Everyman rejimi
Gecə 1,5–3 saat, sonra gün ərzində 3 dəfə 20 dəqiqə yuxu. Zehni işlə məşğul olanlar üçün mükəmməl seçimdir.
4. Tesla rejimi
Gecə 2 saat yuxu və sonra günün ortasında 20 dəqiqə yuxu. Hesab edilir ki, bu rejimdən Nikola Tesla istifadə edib və polifaz yuxunun bu rejimi də məhz onun şərəfinə adlandırılıb.
5. Siesta rejimi
Gecə 5 saat ərzində yuxu və sonra gün ərzində birdəfəyə 1,5 saat yuxu.
Polifaz yuxunun bu rejimlərindən birindən istifadə etməklə siz gününüzü yorğunluq olmadan başa vura və eyni zamanda da uzada bilərsiniz.
19:49 / 11 Noyabr 2026
20
19:43 / 11 Noyabr 2026
38
19:33 / 11 Noyabr 2026
45
19:19 / 11 Noyabr 2026
107
19:07 / 11 Noyabr 2026
84
18:42 / 11 Noyabr 2026
360
18:39 / 11 Noyabr 2026
167
18:35 / 11 Noyabr 2026
145
18:30 / 11 Noyabr 2026
168
18:29 / 11 Noyabr 2026
188
18:23 / 11 Noyabr 2026
129
18:17 / 11 Noyabr 2026
189
18:13 / 11 Noyabr 2026
148
18:06 / 11 Noyabr 2026
674
18:01 / 11 Noyabr 2026
109
17:42 / 11 Noyabr 2026
301
17:40 / 11 Noyabr 2026
186
17:35 / 11 Noyabr 2026
427
17:16 / 11 Noyabr 2026
114
17:13 / 11 Noyabr 2026
255
17:12 / 11 Noyabr 2026
115
16:35 / 11 Noyabr 2026
131
16:07 / 11 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.