Dekabrda bu məhsullar BAHALAŞACAQ
11 Noyabr 2026, 19:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
827
07.07.2021, 23:07
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Sonxeber.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

19:49 / 11 Noyabr 2026
20
19:43 / 11 Noyabr 2026
38
19:33 / 11 Noyabr 2026
45
19:19 / 11 Noyabr 2026
107
19:07 / 11 Noyabr 2026
84
18:42 / 11 Noyabr 2026
360
18:39 / 11 Noyabr 2026
167
18:35 / 11 Noyabr 2026
145
18:30 / 11 Noyabr 2026
168
18:29 / 11 Noyabr 2026
188
18:23 / 11 Noyabr 2026
129
18:17 / 11 Noyabr 2026
189
18:13 / 11 Noyabr 2026
148
18:06 / 11 Noyabr 2026
674
18:01 / 11 Noyabr 2026
109
17:42 / 11 Noyabr 2026
301
17:40 / 11 Noyabr 2026
186
17:35 / 11 Noyabr 2026
427
17:16 / 11 Noyabr 2026
114
17:13 / 11 Noyabr 2026
255
17:12 / 11 Noyabr 2026
115
16:35 / 11 Noyabr 2026
131
16:07 / 11 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.