Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
886
07.07.2021, 19:19
Bir çoxları həkimə getmədən özünümüalicə ilə məşğul olurlar.
Amma bu düzgün deyil.
Köpmə bir çox ciddi xəstəliklərin xəbərçisi də ola bilər
Bəs köpmənin səbəbi nədir?
Gent.az onlardan bəzilərini təqdim edir:
1. Qıcıqlanmış bağırsaq sindromu
Köpmə üzüm müddət davam edir, yanaşı olaraq qəbizlik, meteorizm və ağrı ilə müşayiət edilir.
Bu xəstəlik dünyada geniş yayılmış xəstəliklər siyahısındadır. Statistikaya görə, qıcıqlanmış bağırsaq sindromundan hər 4 nəfərdən biri əziyyət çəkir.
Müalicəsi yoxdur, amma əlamətlərini aradan qaldırmaq mümkündür. Əgər qarın işləməsi varsa, o zaman meyvə-tərəvəz, süd məhsulları, paxlalılar kimi ərzaqlardan uzaq durmaq lazımdır. Qəbizlikdə isə əsasən yağlı və duzlu qidalar ixtisara salınmalıdır.
2. Meteorizm
Bağırsaqlarda çox miqdarda qaz əmələ gəlir. Amma başqa əlamətlər müşahidə olunmur.
Gün ərzində 15 dəfə və daha çox qaz xaric olur. Bəzən bu proses çox əziyyətverici olur.
Bu haldan əziyyət çəkən insanlar ilk növbədə noxud, mərci, brokkoli, kələm, qara gavalı, alma qəbul etməkdən imtina etməlidirlər.
Bu məhsullar bədən tərəfindən gec mənimsənilir, bağırsaqdan keçdiyi müddətdə isə kükürd qazı əmələ gətirir.

3. Seliaksiya (qlüten xəstəliyi)
Əgər daimi yorğunluq və qarın ağrıları sizi incidirsə, deməli bu xəstəlikdən əziyyət çəkirsiniz.
Seliaksiya autoimmun xəstəliyi olub həzm traktına qlüten tərkibli qidaların düşməsi ilə üzə çıxır.
Əgər özünüzdə və yaxınlarınızda bu əlamətləri müşahidə etsəniz, o zaman mütləq həkimə müraciət etməlisiniz.
4. Hormonal disbalans
Əgər sizdə menstruasiya və ya hamiləlik müşahidə edilirsə, o zaman köpdən əziyyət çəkə bilərsiniz.
Çünki menstruasiyadan əvvəlki dövrdə və hamiləlik zamanı proqesteronun səviyyəsi artır. Bu səbəbdən də bağırsaqların peristaltikası azalır və qida bağırsaqlarda yavaş hərəkət edir.
Bağırsaqların peristaltikasını artırmaq üçün gün ərzində gəzmək, çoxlu maye qəbul etmək və meyvə yemək lazımdır.
5. Yumurtalıq xərçəngi
Bu xəstəlik zamanı davamlı toxluq hissi və qarında ağrılar olur. Əsas əlaməti isə heç vaxt keçməyən köpmədir.
Aradan qaldırılması:
1. Stressin səviyyəsini azaldın.
2. Bağırsağın mikroflorasını düzəldin. Probiotikli qidalar qəbul edin.
3. Yatmazdan əvvəl yemək yeməyin. Mədədə yanğı hissi uzanarkən yaranır. Buna görə də, çalışın ki, saat 20.00-dan sonra heç bir qida qəbul etməyin. Başınızın altına əlavə yastıq qoyun.
4. Bol miqdarda maye istifadə edin.
Gün ərzində 8 stəkan su içmək sizi qəbizlikdən azad edəcək.
6. Şəkər istifadəsini azaldın.
Şəkər orqanizmə çox zərər vurur. Bu maddə əsasən də bağırsaqlarda olan xeyirli və zərərli bakteriyaların balansını pozaraq köpmə yaradır.
Əsas da şəkəri daha da zərərli maddələrlə əvəzləməyin. Məsələn: süni şəkərəvələyiciləri də disbakterioz və köpməyə səbəb olur. Yaxşı olardı ki, qazlı sulardan və şirniyyatdan tamamilə imtina edəsiniz
19:57 / 11 Noyabr 2026
28
19:49 / 11 Noyabr 2026
40
19:43 / 11 Noyabr 2026
50
19:33 / 11 Noyabr 2026
56
19:19 / 11 Noyabr 2026
112
19:07 / 11 Noyabr 2026
87
18:42 / 11 Noyabr 2026
376
18:39 / 11 Noyabr 2026
175
18:35 / 11 Noyabr 2026
151
18:30 / 11 Noyabr 2026
176
18:29 / 11 Noyabr 2026
195
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
197
18:13 / 11 Noyabr 2026
153
18:06 / 11 Noyabr 2026
695
18:01 / 11 Noyabr 2026
112
17:42 / 11 Noyabr 2026
308
17:40 / 11 Noyabr 2026
193
17:35 / 11 Noyabr 2026
450
17:16 / 11 Noyabr 2026
119
17:13 / 11 Noyabr 2026
261
17:12 / 11 Noyabr 2026
118
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.