Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
870
07.07.2021, 16:19
Bir neçə gün öncə sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun əlillik dərəcəsi alması üçün arayış vermədiyi pasiyentin oğlu tərəfindən bıçaqlandığı haqda məlumatlar yayılmışdı.
Oxu24.com bildirir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Z.Şamxalov bıçaqlanmayıb, özü-özünə xəsarət yetirib.
Belə ki, şəkər xəstəsi olan Rəfael Əzimov bir müddət öncə Zöhrab Şamxalova müraciət edərək onun mədə və bağırsaqlarında yarandığı problemlə bağlı müalicə etməsini istəyib. Müalicədən bir neçə gün sonra R. Əzimov qəbul etdiyi dərmanlardan zəhərləndiyini iddia edib və buna görə iyulun 2-də həkim Şamxalovun qəbuluna gələrək ona öz iradını çatdırıb. Məlumata görə, həmin zaman həkim pasiyentin ona verdiyi 50 manatı özünə qaytararaq getməsini istəyib. Lakin bundan sonra tərəflər arasında mübahisə daha da gərginləşib.
R.Əzimovun qızı “Qafqazinfo”ya müraciətində iddia edib ki, öncə həkim onun atasına şillə vurub, daha sonra qələmlə başından vurub.
Bundan sonra həkim Zöhrab Şamxalov kəsici alətlə özünə xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra tərəflər polis bölməsinə aparılıb.
Həkim Şamxalov da izahatında bildirib ki, pasiyent onu o qədər əsəbiləşdirib ki, özünü öldürmək həddinə çatdırıb və buna görə özü-özünə xəsarət yetirib.
DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı 16-cı Polis Bölməsində toplanmış materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: “İstintaq zamanı baş verən hadisəyə hüquqi qiymət veriləcək”.
19:57 / 11 Noyabr 2026
28
19:49 / 11 Noyabr 2026
40
19:43 / 11 Noyabr 2026
50
19:33 / 11 Noyabr 2026
56
19:19 / 11 Noyabr 2026
112
19:07 / 11 Noyabr 2026
87
18:42 / 11 Noyabr 2026
376
18:39 / 11 Noyabr 2026
175
18:35 / 11 Noyabr 2026
151
18:30 / 11 Noyabr 2026
176
18:29 / 11 Noyabr 2026
195
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
197
18:13 / 11 Noyabr 2026
153
18:06 / 11 Noyabr 2026
695
18:01 / 11 Noyabr 2026
112
17:42 / 11 Noyabr 2026
308
17:40 / 11 Noyabr 2026
193
17:35 / 11 Noyabr 2026
450
17:16 / 11 Noyabr 2026
119
17:13 / 11 Noyabr 2026
261
17:12 / 11 Noyabr 2026
118
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.