Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
11 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
30.06.2021, 23:32
Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Azərbaycanda pensiya yaşının çox olması barədə fikirlərə münasibət bildirib.
O, pensiya yaşına yenidən baxılması barədə təkliflərə belə cavab verib: "Pensiya yaşı bir çox amillərlə bağlıdır. Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar.
Ümumiyyətlə, hazırda beynəlxalq təcrübədə əsas prioritet işçilərin əmək bazarında qalmasının stimullaşdırılmasıdır. Qeyd edim ki, hətta bir çox Avropa ölkələrində pensiya yaşı ya 65, bəzi hallarda 69, yaxud da mərhələli şəkildə 65 yaşa çatdırılır.
Əgər biz rəsmi statistik məlumata baxmış olsaq, o zaman 2018-ci ilə münasibətdə orta ömür uzunluğunun 2,2 il, 1990-cı ilə münasibətdə isə 4,7 il artdığının şahidi olarıq.
Pensiyaçılarımızın yaş strukturu üzrə də baxdıqda görmüş olarıq ki, bu gün onların təxminən 26 faizi 12-15 il arası, 35 faizi 15-20 il arası, təxminən 30 faizi 20-30 il arası pensiya alır. Digər tərəfdən, yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır.
Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Həm pensiya sisteminə keçid, həm də pensiya hüququ əldə edib davamlı pensiya ödənişi almaq üçün yumşaq şərtlər nəzərdə tutulub. Bu baxımdan, hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur".
21:14 / 11 Noyabr 2026
140
21:08 / 11 Noyabr 2026
226
21:05 / 11 Noyabr 2026
82
20:58 / 11 Noyabr 2026
88
20:49 / 11 Noyabr 2026
463
20:47 / 11 Noyabr 2026
80
20:28 / 11 Noyabr 2026
91
20:22 / 11 Noyabr 2026
115
20:19 / 11 Noyabr 2026
90
20:08 / 11 Noyabr 2026
95
19:57 / 11 Noyabr 2026
473
19:49 / 11 Noyabr 2026
122
19:43 / 11 Noyabr 2026
107
19:33 / 11 Noyabr 2026
132
19:19 / 11 Noyabr 2026
178
19:07 / 11 Noyabr 2026
118
18:42 / 11 Noyabr 2026
494
18:39 / 11 Noyabr 2026
262
18:35 / 11 Noyabr 2026
191
18:30 / 11 Noyabr 2026
231
18:29 / 11 Noyabr 2026
265
18:23 / 11 Noyabr 2026
153
18:17 / 11 Noyabr 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.