Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
11 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
30.06.2021, 16:19
Uşaqların dərisi daha zərif olduğundan günəş şüasının təsirinə tez məruz qalır. Günəşdən qoruyucu kremlər uşaqlar üçün də istifadə edilir, lakin həmin kremlər uşaqlarda allergiyaya səbəb ola bilər.
Ona görə də, günəş kremlərindən istifadəyə arxayın olub, uşağı uyğun olmayan saatlarda günəşə çıxarmaq olmaz.
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, uşaqlar yalnız 06:00-dan 11:00-a qədər günəş vannası qəbul edə bilərlər.
Həkimin dediyinə görə, 11:00-16:00 aralığında uşaqları günəş altında saxlamaq ziyandır: “Yay mövsümü uşaqların sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Valideynlər nəzərə almalıdırlar ki, uşaqların orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadə etməyin müəyyən qaydalarına riayət etmək lazımdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Məsləhətdir ki, günəş şüasını udan tünd rəngli paltarlardan imtina edib, əsasən açıq rəngli geyimlərə üstünlük verilsin”.
Baş pediatr, həmçinin qeyd edib ki, valideynlər uşaqları dənizə apararkən rejimə riayət etməlidirlər: “Mövsümdə ilk dəfə dənizə gedən uşaq ardıcıl olaraq 5-6 saat dənizdə qala bilməz. Misal üçün, birinci dəfə yarım saat, ikinci dəfə 1 saat olmaqla uşaqların dəniz istirahətini mərhələli şəkildə təmin etmək lazımdır. Ümumiyyətlə yay aylarında günəş, dəniz və qum vannası uşaqların qışda xəstələnməsinin qarşısını almaq üçün ən təsirli vasitədir. Yayda təbiətin verdiyi sərvətlərdən yararlanaraq uşaqları qışa hazırlamaq onların orqanizmi üçün çox faydalıdır”.
21:45 / 11 Noyabr 2026
25
21:14 / 11 Noyabr 2026
168
21:08 / 11 Noyabr 2026
266
21:05 / 11 Noyabr 2026
95
20:58 / 11 Noyabr 2026
97
20:49 / 11 Noyabr 2026
497
20:47 / 11 Noyabr 2026
85
20:28 / 11 Noyabr 2026
93
20:22 / 11 Noyabr 2026
116
20:19 / 11 Noyabr 2026
95
20:08 / 11 Noyabr 2026
96
19:57 / 11 Noyabr 2026
504
19:49 / 11 Noyabr 2026
126
19:43 / 11 Noyabr 2026
111
19:33 / 11 Noyabr 2026
135
19:19 / 11 Noyabr 2026
181
19:07 / 11 Noyabr 2026
124
18:42 / 11 Noyabr 2026
505
18:39 / 11 Noyabr 2026
271
18:35 / 11 Noyabr 2026
196
18:30 / 11 Noyabr 2026
238
18:29 / 11 Noyabr 2026
270
18:23 / 11 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.