Ulduz falı: 12 noyabr, 2026-cı il
11 Noyabr 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
27.06.2021, 20:54
"Uzun müddətdir ölkədə internetin keyfiyyəti, əlçatanlığı və qiyməti ilə bağlı ciddi problem var. Regionlarda internet xidmətində ADSL texnologiya üstünlük təşkil etdiyindən istifadəçilərin "çəkidə aldadılması", yəni müqavilədəki sürəti əldə edə bilməməsi adi hala çevrilib".
OXU24.COM ted.az-a istinadən bildirir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu qənaətdədir.
O deyir ki, hər istifadəçiyə düşən orta internet sürətinə görə vəziyyət qənaətbəxş deyil: "Ötən dövrlərdə bu problemin həlli istiqamətində müəyyən cəhdlər olsa da, uğurlu nəticə hələlik yoxdur. Hökumət yalnız bir dəfə - 2014-cü ildə kompleks şəkildə ölkə boyu bu problemi həll etmək üçün nəhəng bir proqram hazırlamışdı və büdcədən 0.5 milyard manat nəzərdə tutulmuşdu. Lakin son anda hökumət büdcə vəsaitini bu problemin həllinə xərcləmək istəmədi və proqram da reallaşmadı.
Sonradan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) keçmiş rəhbəri özəl provayderləri tam kənarlaşdırmaqla, yalnız dövlət provayderləri və büdcə vəsaitləri hesabına bu problemi həll etmək istədi, amma yenə real nəticə əldə olunmadı".
Osman Gündüzün müşahidələrinə görə, son zamanlar özəl provayderlərə qoyulan qadağaların bir çoxu aradan qaldırılıb:
Bildiyim qədər NRYTN ölkə boyu bu problemi həll etmək üçün yenidən bir konseptual sənəd - hər bir ərazidə keyfiyyətli və əlçatan internet üçün proqram ortaya çıxarmaq üzərində işləyir. Bu məqsədlə xarici qurumlar da işə cəlb edilib. Əsəs prinsip olaraq dövlət-özəl tərəfdaşlığı qəbul edilib. Yəni, Bakı ətrafı və regionlarda, xüsusən də kəndlərdə internet problemini bu prinsip əsas götürülməklə, dövlət və özəl provayderlərin birgə iştirakı ilə həll etmək nəzərdə tutulub.
Güman etmək olar ki, özəl provayderlərə yalnız kommersiya baxımından cəlbedici olan ərazilərdə deyil, əhali sayı az olan yaşayış məntəqələrində də internet infrastrukturu qurmaq təklif olunacaq.
Görünən odur ki, nazirlik problemi fiber-optik, GPON, LTE və Wi-Fi mobil operatorların baza stansiyalarından, internetin imkanlarından istifadə etməklə birdəfəlik həll etmək niyyətindədir.
Özəllərin potensialından istifadə edilməsi isə müxtəlif ərazilərdə genişzolaqlı texnologiyaların tətbiqi doğru yanaşmadır. Bu addım xüsusilə də regionlarda "Aztelekom"un hökmranlığına sona qoya biləcək. Hazırda "Azərkosmos"un məhdud trafikini nəzərə almasaq, ölkəyə internet iki mərkəzdən daxil olur - "Delta Telecom" və "AzerTelecom". Strateji Yol Xəritəsində daha bir magistral provayderin açılması nəzərdə tutulurdu.
Düşünmək olar ki, nazirlik "Aztelekom"u İnvestisiya Holdinqinin idarəetməsindən çıxarmaqla gələcəkdə bu qurumu gücləndirmək, magistral operatora çevirmək və pərakəndə internet satışı bazarından çıxarmağı nəzərdə tutub".
Ekspertin qənaətincə, nazirlik ucqar ərazilərdə, kəndlərdə magistral internet inftrastrukturun qurulması prosesinə magistral provayderləri cəlb etməli, dayanıqlıq üçün alternativ infrastruktur yaradılmalıdır: "Fikrimcə, uzun illər oturuşmuş olan "Aztelekom" və "Baktelekom" dövlət operatorlarının xüsusi çəkisi, üstün mövqeyi, eyni zamanda "Azercell" dövlət şirkətinə məxsus "Azeronline" provayderinin yerlərdə aktivləşməsi sektorda dövlətin xüsusi çəkisini artrmaqla sərbəst və azad rəqabət üçün ciddi problemlər yarada bilər.
Bu baxımdan hökumət tərəfindən sektorda müstəqil tənzimləyici qurumun tezliklə formalaşdırılması, keyfiyyətsiz xidmət verən provayderlərə qarşı sərt tədbirlərin, cəzaların müəyyən edilməsi vacibdir".
22:38 / 11 Noyabr 2026
17
22:32 / 11 Noyabr 2026
31
22:31 / 11 Noyabr 2026
39
22:26 / 11 Noyabr 2026
5972
22:22 / 11 Noyabr 2026
43
22:20 / 11 Noyabr 2026
46
22:15 / 11 Noyabr 2026
436
22:11 / 11 Noyabr 2026
68
22:07 / 11 Noyabr 2026
78
22:06 / 11 Noyabr 2026
76
21:59 / 11 Noyabr 2026
110
21:45 / 11 Noyabr 2026
81
21:14 / 11 Noyabr 2026
585
21:08 / 11 Noyabr 2026
363
21:05 / 11 Noyabr 2026
111
20:58 / 11 Noyabr 2026
119
20:49 / 11 Noyabr 2026
576
20:47 / 11 Noyabr 2026
103
20:28 / 11 Noyabr 2026
107
20:22 / 11 Noyabr 2026
125
20:19 / 11 Noyabr 2026
106
20:08 / 11 Noyabr 2026
106
19:57 / 11 Noyabr 2026
573
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.