Ulduz falı: 12 noyabr, 2026-cı il
11 Noyabr 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
497
26.06.2021, 23:50
Günah elə bir əməldir ki, Allah qanunları ilə təzad təşkil edir və insanın nəfsini qaraldır. İnsanı Allahdan uzaqlaşdırır. İslam dini buyurur ki, hətta günah fikirlərindən belə, uzaq olmaq lazımdır. Bu yolla günahla mübarizə etmək olar.
Qurani-Kərimin nəzərinə görə, keçmiş ümmətlərin məhv olmasının əsil səbəbi günah olmuşdur.
Bəs günahın kökündə nə durur?
Bəzi günahlar vardır ki, başqa günahların meydana gəlməsi üçün zəminə rolunu oynayarlar. Bu günahlar ilə tanış olaq:
1. Təkəbbür. Təkəbbür o günahlardandır ki, İblisin (lən) Allaha qarşı çıxmasına və behiştdən qovulmasına səbəb olur.
2. Hərislik. Bəşərin əcdadları İblisin (lən) sözünə qulaq asaraq, hərislik üzündən Allahın qadağan etdiyi ağacdan meyvə yeyirlər və nəticədə behiştdən xaric olurlar.
3. Həsəd. Bu rəzil sifət səbəb olur ki, Qabil qardaşı Habili öldürsün.
Dinimizin nəzərinə görə, günahlar iki yerə bölünür: böyük və kiçik günahlara. Kəbirə günahlar - o günahlardır ki, ona görə cəhənnəm əzabı vəd edilmişdir. Hər kim kəbirə günah edər və tövbə etməzsə, fasiq hesab olunar. Öləndən sonra İlahi əzaba düçar olar.
Kiçik və ya səğirə günahlar - o günahlardır ki, o əməlin haram olması qətidir, amma gündəlik namazlar, gecə namazı onun təsirini aradan aparar.
Hər bir insan kiçik günah edər. Allah mömin bəndələri barəsində buyurur ki, onlar kəbirı günahdan çəkinərlər. Ancaq buyurmur ki, kiçik günahlardan da çəkinərlər.
İmam Sadiq (ə) buyurur: "Çəkinin və qorxun o günahlardan ki, kiçik hesab olunur".
Soruşurlar ki, bu, hansı günahdır?
Buyurur: "İnsan günah edər və sonra deyər ki, xoş olsun mənim halıma, əgər bu günahdan başqasına malik olmasam. Çünki bu günah kiçik və dəyərsizdir".
Əgər insan kiçik günahı dəyərsiz hesab edərsə, o zaman böyük günah üçün cürət əldə edər və bu əməli kəbirə günaha düçar olmaqdan da pisdir. Belə insan hər cür günah etməyə qadirdir və onun Allahdan qorxusu olmaz.
Beləliklə, deyə bilərik ki, günah - o əməldir ki, Allahın qanunları ilə təzad təşkil edir. Hər kim belə əmələ düçar olarsa, gərək tövbə və istiğfar vasitəsilə özünü paklasın. Çünki günah insanın libasına yapışan ləkə kimidir. Əgər təmizlənməzsə, oradan xaric olmaz. Onu təmizləmək üçün isə tövbə etmək lazımdır.
22:38 / 11 Noyabr 2026
51
22:32 / 11 Noyabr 2026
51
22:31 / 11 Noyabr 2026
51
22:26 / 11 Noyabr 2026
5982
22:22 / 11 Noyabr 2026
55
22:20 / 11 Noyabr 2026
57
22:15 / 11 Noyabr 2026
602
22:11 / 11 Noyabr 2026
72
22:07 / 11 Noyabr 2026
83
22:06 / 11 Noyabr 2026
82
21:59 / 11 Noyabr 2026
117
21:45 / 11 Noyabr 2026
85
21:14 / 11 Noyabr 2026
663
21:08 / 11 Noyabr 2026
388
21:05 / 11 Noyabr 2026
113
20:58 / 11 Noyabr 2026
122
20:49 / 11 Noyabr 2026
587
20:47 / 11 Noyabr 2026
107
20:28 / 11 Noyabr 2026
109
20:22 / 11 Noyabr 2026
127
20:19 / 11 Noyabr 2026
110
20:08 / 11 Noyabr 2026
109
19:57 / 11 Noyabr 2026
588
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.